Azərbaycanda Hökumət Ödəniş Portalı ilə əməliyyatların ümumi dəyəri 16 % artıb
sizinxeber.az xəbər saytı

Azərbaycanda Hökumət Ödəniş Portalı ilə əməliyyatların ümumi dəyəri 16 % artıb


2024-cü ildə Azərbaycanda Hökumət Ödəniş Portalı (HÖP) ilə 8,1 milyard manatlıq əməliyyat aparılıb.

“Report” xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının illik “Rəqəmsal Ödənişlər İcmalı”nda bildirilir.

Sənədə əsasən, bu, 2023-cü illə müqayisədə 16,4 % çoxdur.

Hesabat dövründə HÖP-lə aparılmış əməliyyatların sayı isə 153,9 milyon olub. Bu isə 1 il əvvələ nisbətən 16,8 % çoxdur.

Hazırda HÖP vasitəsilə 1 200-dən çox xidmət üzrə ödənişlərin toplanılması təmin olunur. 2024-cü ildə HÖP vasitəsilə emal olunan ödənişlərin 82 %-i, həcm üzrə isə 71,3 %-i nağdsız formada aparılıb.

Xatırladaq ki, HÖP dövlət büdcəsinə vә kütlәvi xidmәtlәr üzrә ödәnişlәrin mәrkәzlәşdirilmiş qaydada toplanılması üçün yaradılıb. Portala 11 mәrkәzi icra hakimiyyәti orqanı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, 4 kommunal xidmәt müәssisәsi, 5 stasionar vә mobil rabitә operatoru, 122 mәhkәmә orqanı, 19 sığorta şirkәti, Əmanətlərin Sığortalanması Fondu, İpoteka və Kredit Zəmanət Fondu, Əqli Mülkiyyət Agentliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Milli Sertifikat Xidmətləri Mərkəzi, Dövlət İmtahan Mərkəzi və 100-dən çox ali və orta ixtisas təhsil müəssisəsi, 1 438 bәlәdiyyә orqanı inteqrasiya olunub.

Hazırda HÖP-lə 1 100-dәn çox xidmәt üzrә ödәnişlәr toplanılır. Bu xidmәtlәr üzrә ödәnişlәr 23 bankda, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Azәrpoçt” MMC-nin 2 500-dәn çox filial vә şöbәlәrindә, 4 000-ə yaxın ödәniş terminalında nağd vә nağdsız formada aparıla bilәr.

Oxşar xəbərlər

Azərbaycanda Milli Ödəniş Sistemi ilə əməliyyatların ümumi dəyəri cüzi azalıb
Azərbaycanda Ani Ödəniş Sistemi ilə əməliyyatların ümumi dəyəri 30 % artıb
Azərbaycanda “Apple Pay” və “Google Pay”lə cəmi ödənişlər 2 dəfə artıb
Azərbaycanda nağdsız ödənişlərin məbləği dekabrda 50 % artıb
Azərbaycanda adambaşına düşən nağdsız əməliyyatların sayı 75%-dən çox artıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər