ARDNF-in aktivlərində qızılın həcmi 170 tona çatacaq
Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) aktivlərində qızılın həcminin 2025-ci ilin aprel-may aylarında 170 tona çatacağı gözlənilir.
“Report” xəbər verir ki, bunu ARDNF-in İnvestisiya Departamentinin direktoru Fərhad Zeynalov 2024-cü ilin investisiya yekunlarına və 2025-ci il üçün perspektivlərə həsr olunmuş media-brifinqdə bildirib.
"ARDNF investisiya portfelində qızılın payını 25 %-ə çatdırmağı planlaşdırır. 2024-cü ildə fond tərəfindən 44,8 ton qızıl alınıb ki, bunun da 41 tonu artıq ölkəyə gətirilib. Beləliklə, 2024-cü il dekabrın 31-nə fondun aktivlərində qızılın ümumi həcmi 146,6 ton (investisiya portfelinin 20,6 %-i), dəyəri isə 12,4 milyard ABŞ dolları təşkil edib", - o qeyd edib.
Direktorun sözlərinə görə, 2024-cü ildə qızılın qiyməti 27,2 % artaraq bir troya unsiyası üçün 2 063 ABŞ dollarından 2 624,5 ABŞ dollarına qədər yüksəlib. Bununla yanaşı, 2024-cü ilin əvvəlindən 2025-ci ilin mart ayına qədər olan dövrü nəzərə alsaq, qızıl 40 % bahalaşıb.
"Qızıl alışı 2025-ci ildə də davam edəcək və aprel-may aylarında onun həcminin təxminən 170 tona çatacağı gözlənilir", - F.Zeynalov əlavə edib.
Oxşar xəbərlər
ARDNF yaradılandan bəri gəlirləri 207 milyard dolları ötüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
ARDNF-nin maliyyə aktivlərinin idarə edilməsindən 7,2 milyard dollar gəlir əldə edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Dövlət Neft Fondu ötən il 45 tona yaxın qızıl alıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan bu il qızıl rezervlərini maksimal həddə çatdıracaq - EKSKLÜZİV [xfgiven_updateblue][/xfgiven_updateblue]
Dövlət Neft Fondu bu il 25 tondan çox qızıl alıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi
-
İki şəhid anası: "Onlar haqqında danışanda Leyla xanım kövrəlib ağladı"
-
Prezident İlham Əliyev Daşkənddə "Gələcəyin İrsi" Beynəlxalq Mükafatının təqdimat mərasimində iştirak edib












