ARDNF-nin maliyyə aktivlərinin idarə edilməsindən 7,2 milyard dollar gəlir əldə edib
Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) 2015-2024-cü illərdə maliyyə aktivlərinin idarə edilməsindən ümumi gəliri 7,2 milyard ABŞ dolları təşkil edib.
“Report” xəbər verir ki, bunu ARDNF-in Risklərin idarəedilməsi departamentinin Aktivlərin bölgüsü, risk və gəli̇rli̇li̇yi̇ şöbəsi̇nin müdiri Toğrul Rəhimbəyli 2024-cü ilin investisiya yekunları və 2025-ci il üçün perspektivlərə həsr olunmuş media-brifinqdə bildirib.
"Bu məbləğin 2,7 milyard ABŞ dollarını istiqrazlara, 3,5 milyard ABŞ dollarını səhmlərə, 1 milyard ABŞ dollarını isə daşınmaz əmlaka investisiya qoyuluşundan əldə edilən gəlirlər təşkil edib", - o qeyd edib.
T. Rəhimbəyli vurğulayıb ki, ARDNF öz strategiyası çərçivəsində gəlirliliyi artırmaq məqsədilə portfelin şaxələndirilməsini həyata keçirir.
"Daşınmaz əmlak və səhmlərin payının nisbətən az olmasına (cəmi 21 %) baxmayaraq, onların ümumi mənfəətə töhfəsi təxminən 63 % təşkil edib", - o əlavə edib.
T.Rəhimbəyli vurğulayıb ki, son 7 ildə ARDNF-in investisiya portfelinin orta illik gəlirliliyi 3 % təşkil edib.
Oxşar xəbərlər
ARDNF yaradılandan bəri gəlirləri 207 milyard dolları ötüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
ARDNF-in vəsaitlərinin idarə edilməsindən əldə olunan gəlirləri 15 mlrd. dolları ötüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Neft qiymətlərinin ARDNF-nin aktivlərinə təsiri açıqlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
ARDNF-nin aktivləri 62 milyard dollara yaxınlaşır [xfgiven_updateblue][/xfgiven_updateblue]
ARDNF valyuta satışını 3 dəfəyə yaxın artırıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi
-
İki şəhid anası: "Onlar haqqında danışanda Leyla xanım kövrəlib ağladı"
-
Prezident İlham Əliyev Daşkənddə "Gələcəyin İrsi" Beynəlxalq Mükafatının təqdimat mərasimində iştirak edib












