ARDNF yaradılandan bəri gəlirləri 207 milyard dolları ötüb
Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) yaradıldığı vaxtdan 31 dekabr 2024-cü il tarixinədək olan ümumi gəlirləri 207,3 milyard ABŞ dolları təşkil edib.
“Sizinxeber.az” xəbər verir ki, bunu 2024-cü ilin investisiya yekunları və 2025-ci il üçün perspektivlərə həsr olunmuş media-brifinqdə ARDNF-in Risklərin İdarə Edilməsi Departamentinin direktoru Vadim Pşeniçnıy bildirib.
"Fondun fəaliyyəti dövründə neft-qaz sazişlərindən əldə olunan ümumi gəlirlər 192,4 milyard ABŞ dolları (bütün gəlirlərin 92,8 %-i), investisiya gəlirləri isə 14,9 milyard ABŞ dolları (7,2 %) təşkil edib", - o qeyd edib.
1999-cu ildə yaradılmış fondda neft-qaz müqavilələrinin həyata keçirilməsindən əldə olunan gəlirlər toplanır. 31 dekabr 2024-cü il tarixinə ARDNF-in aktivləri 60,031 milyard ABŞ dolları məbləğində qiymətləndirilir.
Oxşar xəbərlər
Neft qiymətlərinin ARDNF-nin aktivlərinə təsiri açıqlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
ARDNF-in vəsaitlərinin idarə edilməsindən əldə olunan gəlirləri 15 mlrd. dolları ötüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
ARDNF valyuta satışını 3 dəfəyə yaxın artırıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
ARDNF bu il "Şahdəniz"dən əldə etdiyi gəlirlərin həcmini açıqlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Neft Fondunun “Şahdəniz”dən əldə etdiyi gəlirlərin həcmi açıqlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi
-
İki şəhid anası: "Onlar haqqında danışanda Leyla xanım kövrəlib ağladı"
-
Prezident İlham Əliyev Daşkənddə "Gələcəyin İrsi" Beynəlxalq Mükafatının təqdimat mərasimində iştirak edib












