Samirə Musayeva: "Yeni Vergi Məcəlləsinin strukturunun hazırlanmasında ictimai iştirak təmin olunacaq"
Azərbaycanda yeni Vergi Məcəlləsinin strukturu hazırlanır.
Bu barədə "Report" İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayevaya istinadən xəbər verir.
"2024-cü ildən yeni Vergi Məcəlləsinin strukturu üzərində düşünməyə başlamışıq. Bu istiqamətdə sahibkarların, konsaltinq şirkətlərin, mühüm rola malik böyük holdinqlərin rəy və təkliflərini almışıq. Vergi Məcəlləsinin üzərində işlərə bütövlükdə biznes icmasının ehtiyaclarından irəli gələrək mövcud iqtisadi münasibətlərin tənzimlənməsi və ədalətli vergi qanunvericiliyinin formalaşması prosesi çərçivəsində başlamışıq. Bundan sonra da həmin istiqamətdə görüləcək işlərdə ictimai iştirak təmin olunacaq”, - S. Musayeva qeyd edib.
O hesab edir ki, məşğulluğun artırılmasını təşviq edən və ölkəyə valyuta gətirən sahibkarlıq subyektlərinin fəaliyyətinin dayanıqlığının təmin olunması, habelə investisiya qoyuluşlarını dəstəkləyən vergi siyasəti tədbirlərinin həyata keçirilməsi Dövlət Vergi Xidmətinin yanaşmalarında fundamental baxışları müəyyən edir.
Oxşar xəbərlər
Azərbaycanda yeni Vergi Məcəlləsi hazırlanır
Yeni Vergi Məcəlləsi hazırlanır
Samirə Musayeva: "Sosial və iqlim hədəflərini əks etdirən vergi çərçivəsi yaratmalıyıq"
Azərbaycanda Vergi Məcəlləsinin yeni strukturunun hazırlanması üçün təkliflərin qəbuluna başlanılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
GTA 6 üçün ön-sifariş rəsmi şəkildə açıldı
-
DÇ-2026: Mərakeş - Haiti qarşılaşmasında ikinci hissə başlayıb - YENİLƏNİR-6
-
İsrail yeni lazer silahını təqdim etdi: 60 saniyədə 30 hədəf məhv edilir
-
Tusk: Polşanın müdafiə xərcləri ÜDM-in təxminən 7 %-nə çatıb
-
FIFA Qətər millisinin futbolçusu Asim Madibonu 5 oyunluq cəzalandırıb
-
DÇ-2026: Şotlandiyanı üstələyən Braziliya C qrupunu lider kimi başa vurub - YENİLƏNİB-6
