Ötən il Azərbaycanda elektron ticarətin həcmi 27 mlrd. manatdan çox artıb
sizinxeber.az xəbər saytı

Ötən il Azərbaycanda elektron ticarətin həcmi 27 mlrd. manatdan çox artıb


2024-cü il ərzində Azərbaycanda debet və kredit kartları vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 78 milyard 882 milyon manat təşkil edib.

"Sizinxeber.az-Economics"in Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatları əsasında apardığı hesablamalarına görə, bu göstəricinin həcmi əvvəlki illə müqayisədə 60.9% və ya 29.8 milyard manat artıb.

Ötən il kartlar vasitəsi ilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin 66 milyard 515 milyon manatı ( 84.3%-i) elektron ticarətin payına düşüb ki, bu da 2023-cü illə müqayisədə 69.8% və ya 27.3 milyard manat çoxdur.

Hesabat dövründə sözügedən nağdsız ödənişlərin 12 milyard 274 milyon manatı POS-terminallar, 83 milyon manatı özünə xidmət terminalları, 10 milyon manatı isə bankomatlar vasitəsilə həyata keçirilib.

Qeyd edək ki, 2025-ci il yanvar ayının 1-nə ölkədə debet kartlarının sayı 17 milyon 642 min ədəd, kredit kartlarının sayı isə 2 milyon 256 min ədəd olub.

Oxşar xəbərlər

Azərbaycanda nağdsız ödənişlərin həcmi 1,5 dəfə artıb - Rəqəmlər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda bank kartlarının sayı 19 milyona çatıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda bank kartlarının sayı 19 milyonu ötüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda kredit kartları ilə aparılan əməliyyatların həcmi kəskin artıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda debet kartları ilə aparılan əməliyyatların həcmi 95 mlrd. manatı ötüb [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər