Azərbaycanda debet kartları ilə aparılan əməliyyatların həcmi 95 mlrd. manatı ötüb
sizinxeber.az xəbər saytı

Azərbaycanda debet kartları ilə aparılan əməliyyatların həcmi 95 mlrd. manatı ötüb


2024-cü ilin yanvar-oktyabr aylarında Azərbaycanda debet kartları ilə aparılan əməliyyatların həcmi 95 milyard 155 milyon manat təşkil edib.

Sizinxeber.az-Economics” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstəricinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 41% və ya 27 milyard 650 milyon manat artıb.

Qeyd edək ki, hesabat dövründə debet kartları ilə aparılan əməliyyatların 49 milyard 332 milyon manatı elektron ticarət vasitəsi ilə, 33 milyard 110 milyon manatı bankomatlar vasitəsi ilə, 10 milyard 205 milyon manatı POS-terminallar vasitəsi ilə, 67 milyon manatı özünə xidmət terminalları vasitəsi ilə, 2 milyard 441 milyon manatı isə ölkə xarici əməliyyatlar vasitəsi ilə həyata keçirilib.

Xatırladaq ki, cari ilin noyabrın 1-nə Azərbaycanda 16 milyon 935 min ədəd debet kartı olub.

Oxşar xəbərlər

Azərbaycanda kredit kartları ilə aparılan əməliyyatların həcmi kəskin artıb
Azərbaycanda kredit kartları ilə aparılan əməliyyatların həcmi 7 mlrd. manatı ötüb
Azərbaycanda bank kartlarının sayı 19 milyonu ötüb
Azərbaycanda bank kartlarının sayı 19 milyona çatıb
Şərqi Zəngəzura yatırımların həcmi 4 mlrd. manatı ötüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər