AccessBank yenilənmiş konseptli Xaçmaz filialını istifadəyə verib
Sizin yerli Avropa bankınız AccessBank, xidmət şəbəkəsini genişləndirmək və müştəri xidmətlərinin keyfiyyətini artırmaq məqsədilə Xaçmaz şəhərində yenilənmiş konseptli filialını istifadəyə verdiyini elan edir. Filialın yenilənməsi, AccessBank-ın müştəri xidmətlərinin təkmilləşdirilməsi strategiyasının mühüm bir hissəsidir.
Yenilənmiş filial, müasir tələblərə və innovativ həllərə uyğun olaraq dizayn edilib və N.Nərimanov küçəsi 215 ünvanında yerləşir. Yeni konseptdə əsas diqqət müştəri rahatlığına və sürətli, yüksək keyfiyyətli xidmətin təmin olunmasına yönəldilib. Burada müştərilərə kreditlər, o cümlədən mikro və aqro kreditlər, istehlak kreditləri, əmanətlərin yerləşdirilməsi, plastik kartların verilməsi, pul köçürmələri, valyuta mübadiləsi və digər bank xidmətləri təklif olunur.
"AccessBank ötən ildən filial şəbəkəsinin aktiv genişləndirilməsinə başlayıb və filialların sayını 35-ə çatdırıb. 2025-ci il ərzində də biz Azərbaycanın müxtəlif regionlarında istehlakçılara və bizneslərə müasir və keyfiyyətli maliyyə xidmətləri təklif etməyə davam edəcəyik. Yeni konseptli Xaçmaz filialının istifadəyə verilməsi, ölkə miqyasında müştərilərimizə ən müasir bank xidmətlərini təqdim etmək hədəfimizə bir addım daha irəliləməyimiz deməkdir", - deyə AccessBank-ın İdarə Heyətinin Sədri Davit Tsiklauri bildirib.
Oxşar xəbərlər
Xalq Bank yenilənmiş Fərdi bankçılıq ofisini istifadəyə verib - FOTO
Access Bank bu il iki filial açmağı planlaşdırır
AccessBank-dan Google Pay istifadəçilərinə keşbek kampaniyası
ABB Sumqayıtda 3-cü filialını açdı
ABB Şabran filialını da yenilədi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əbu-Dabidə Prezident İlham Əliyevə "Zayed İnsan Qardaşlığı Mükafatı"ı təqdim olunub
-
Rəsmi zəmanət yox, mağaza və servis zəmanəti: Elektronika alıcıları risk altında
-
Arkadi Qukasyan 20 il müddətinə azadlıqdan məhrum edilib
-
Bako Saakyana hökm oxundu
-
Ukraynada müharibə bitir? - ABŞ prezidentindən gözlənilməz açıqlama
-
Xocalı soyqırımının iştirakçısı Madat Babayana hökm oxundu












