Davit Tsiklauri: Likvidlik çatışmazlığı davam edərsə, depozit faizləri daha da arta bilər
sizinxeber.az xəbər saytı

Davit Tsiklauri: Likvidlik çatışmazlığı davam edərsə, depozit faizləri daha da arta bilər


"Qısamüddətli dövrdə, yəni bu il depozit faizlərinin azalmasını gözləmirəm. Bunun əsas səbəbi likvidlik ehtiyacının davam etməsidir".

Bunu "APA-Economics"ə müsahibəsində "AccessBank"ın İdarə Heyətinin Sədri Davit Tsiklauri deyib.

O bildirib ki, ölkə banklarının çoxu keçən il ərzində 20-25% artım göstərib: "Mən bu artım tendensiyasının davam edəcəyini, ümumi sektor üzrə ən azı 15-20% artım olacağını gözləyirəm. Geosiyasi baxımdan dəyişkən bir regionda yerləşməsinə baxmayaraq Azərbaycan iqtisadiyyatı nisbətən güclüdür. Məsələn, bəzi yaxın qonşuların iqtisadiyyatları real ifadədə 7-9% böyüyüb. Belə bir performans həm Azərbaycana, həm də qonşu ölkələrə müsbət təsir edir. Çünki bəzi sektorlar ölkələr arasında, xüsusən də logistika, ticarət, əmtəə bazarlarında bir-biri ilə əlaqəlidir. Məsələn, Azərbaycanın qeyri-neft iqtisadiyyatı COVID-dən sonrakı yavaşlamadan sonra hər il ardıcıl olaraq orta tək rəqəmli faizlə genişlənir və əgər bu iqtisadiyyat real ifadədə illik 4-5% artmağa davam edərsə, bankların nominal ifadədə asanlıqla 15% artım göstərə biləcəyini düşünürəm. Belə bir artımla banklar kredit fəaliyyətlərini dəstəkləmək üçün əlavə likvidliyə ehtiyac duymağa davam edəcək".

Bank sədri vurğulayıb ki, yerli valyuta likvidliyinin çatışmazlığı davam edərsə, depozit faizlərinin daha da artması mümkündür.

"Bununla belə, qısamüddətli dövrdə depozit faizlərində əhəmiyyətli bir dəyişiklik gözləmirəm. Əgər depozit hesabı açmağı düşünürsünüzsə, indi bunun üçün çox yaxşı bir zamandır" - o əlavə edib.

Oxşar xəbərlər

"AccessBank"ın sədri 2025-ci il üzrə əsas hədəf və planlarını açıqlayıb
"Fitch Solutions" Azərbaycanda iqtisadi artımla bağlı gözləntilərini açıqlayıb
AMB növbəti il iqtisadi artım üçün əsas risk faktorlarını açıqlayıb
"Fitch Solutions" Azərbaycanın iqtisadi artım proqnozu yaxşılaşdırıb
Davit Tsiklauri: AccessBank əmanətlərin idarə olunması üçün təhlükəsiz mühit yaradır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər