"AccessBank"ın sədri 2025-ci il üzrə əsas hədəf və planlarını açıqlayıb
"AccessBank" 2025-ci il üçün əsas hədəf və planlarını açıqlayıb.
Bu barədə "APA-Economics"ə müsahibəsində Bankın İdarə Heyətinin sədri Davit Tsiklauri məlumat verib.
O bildirib ki, "Accessbank" 2025-ci ildə təxminən 10% artım əldə etməyi hədəfləyir: "Bu, çox iddialı bir hədəf olmasa da, davamlı və səmərəli böyüməyə hədəflərimizi əks etdirir. Prioritetlərimizdən biri kapitalımızı ən uyğun hesab etdiyimiz layihələrə effektiv şəkildə yönəltməkdir. Xüsusilə, ən azı 20%-lik kapital gəlirliliyi əldə etməyi və gəlir-xərc nisbətimizi yaxşılaşdırmağı planlaşdırırıq. Bu göstərici üçün konkret bir rəqəm hədəfimiz yoxdur, lakin hətta 1%-lik irəliləyiş belə böyük bir nailiyyət hesab ediləcək, çünki hazırkı nisbətimizi artıq güclü hesab edirik".
Bank həmçinin, xarici institusional borclanmanı genişləndirmək niyyətindədir: "Bu, xüsusilə likvidlik çatışmazlığı dövrlərində vacibdir. Xarici institutları uzunmüddətli kapitalın əsas təminatçıları kimi görürük. Onlar adətən 3, 5 və ya hətta 7 illik kreditlər təklif edirlər ki, bu da vacibdir, çünki depozitlər əsasən daha qısa müddətlidir, yəni 12-24 ay arasında dəyişir. Müxtəlif xarici kreditorlarla münasibətlərin genişləndirilməsi bankımızı gücləndirməklə yanaşı, həm də Azərbaycanda daha davamlı bank sisteminin formalaşmasına təkan olacaq".
Davit Tsiklauri bununla yanaşı, rəqəmsal transformasiyaya üstünlük verdiklərini açıqlayıb: "Son üç ildə rəqəmsal xidmətlərin təkmilləşdirilməsi sahəsində irəliləyişimiz nisbətən ləng olub. Ödəniş xidmətlərimiz tam işlək və dayanıqlı olsa da, əlavə xidmətləri rəqəmsal platformalarımıza daxil etməyin zəruriliyini dərk edirik. Məqsədimiz müştərilərin maksimum sayda bank xidmətinə öz cihazları vasitəsilə rahat və effektiv şəkildə çıxışını təmin etməkdir".
Oxşar xəbərlər
Mərkəzi Bank: İnflyasiya 2024-2025-ci illərdə hədəf diapozonunda qalacaq
Davit Tsiklauri: Likvidlik çatışmazlığı davam edərsə, depozit faizləri daha da arta bilər
AccessBank ötən il 54 milyon manat xalis mənfəət əldə edib - Hesabat
"Kapital Bank"ın rəhbərliyində dəyişiklik olub
AccessBank-dan Google Pay istifadəçilərinə keşbek kampaniyası
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İtkin şəhidimiz “Rəşadət” ordeni ilə təltif edildi - FOTO
-
FIFA Qətər millisinin futbolçusu Asim Madibonu 5 oyunluq cəzalandırıb
-
Rusiya ordusu Kiyevə ballistik raketlə hücum edib
-
Vens: ABŞ-la İran arasında birbaşa hərbi əlaqə kanalı yaradılacaq
-
Aşura günündə indiyədək 1140,3 litr qan toplanıb - YENİLƏNİB-3
-
AŞPA siyasi sifarişlərin həyata keçirildiyi məkana çevrilib - RƏY
