"Fitch Solutions" Azərbaycanın iqtisadi artım proqnozu yaxşılaşdırıb
sizinxeber.az xəbər saytı

"Fitch Solutions" Azərbaycanın iqtisadi artım proqnozu yaxşılaşdırıb


"Fitch Solutions” 2024-cü il üzrə Azərbaycanın real iqtisadi artım proqnozunu 2,5%-dən 3,1%-ə qədər yaxşılaşdırıb.

"APA-Economics" xəbər verir ki, bu barədə "Fitch Group"a aid olan "Fitch Solutions” (FS) şirkətinin ölkə üzrə hesabatında bildirilib.

FS qeyd edib ki, buna səbəb Azərbaycanda real ümumdaxili məhsulun (ÜDM) bu ilin ilk səkkiz ayında gözləniləndən daha yüksək artımı olub: “Biz bu ilin səkkiz ayı üzrə Azərbaycanda iqtisadi artımın 2,7-3,4% arasında olacağını təxmin edirdik. 11 sentyabrda açıqlanan məlumatlar göstərdi ki, Azərbaycan iqtisadiyyatı 2024-cü ilin yanvar-avqust aylarında illik 4,3% artıb. Bu dövr ərzində qeyri-neft iqtisadiyyatı əhəmiyyətli dərəcədə - yəni 7% artıb, karbohidrogen sektorunda isə bu göstərici cəmi 0,2% olub. Qeyri-neft ixracatı 2024-cü ilin ilk səkkiz ayı ərzində 2,2 milyard ABŞ dollarına yüksəlib. Qeyri-neft iqtisadiyyatı 2023-cü ildə olduğu kimi, 2024-cü ildə də başlıca ÜDM artımına daha böyük töhfə verəcək. Biz 2024-cü ilin əvvəlində artımın yavaşıyacağını gözləyirdik, buna görə əvvəlki, daha aşağı, bütün il üçün proqnozumuz 2,5% idi. İndi isə 2024-cü ildə iqtisadiyyatın 3,1% artacağını gözləyirik. Bizim yenilənmiş proqnozumuz BVF-ni, (2024-cü il üçün artım proqnozu 2,4%) və Dünya Bankını (2,3% artım proqnozu) üstələyir”.

"Fitch Solutions” bununla belə, 2025-ci il üzrə iqtisadi artım proqnozunu 2,8%-dən 2,6%-ə endirib. FS bunu əsasən 2025-ci ildə neftin orta qiymətinin nisbətən aşağı proqnozlaşdırılması ilə izah edib.

Oxşar xəbərlər

"Fitch Solutions" Azərbaycanda iqtisadi artımla bağlı gözləntilərini açıqlayıb
Fitch Solutions: AÇG-də neft hasilatının artırılması və artan enerji qiymətləri Azərbaycan büdcəsini dolduracaq
ING Azərbaycanın iqtisadi artım proqnozunu yaxşılaşdırıb
"Fitch Solutions” gələn il üçün neftin qiyməti üzrə proqnozunu azaldıb
Fitch Solutions: Bu il Azərbaycanda inflyasiya AMB-nin hədəf diapazonuna yaxın olacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər