AMB: III rübdə əks-repo əməliyyatlarının orta günlük həcmi kəskin artıb
2024-cü ilin 9 ayı ərzində banklararası pul bazarında faizləri tənzimləmək, avtonom amillərin təsirlərini operativ şəkildə məhdudlaşdırmaq üçün keçirilən sterilizasiya məqsədli 7 günlük repo əməliyyatlarının 22-si baş tutub. Bu alət üzrə son hərracda formalaşan gəlirlilik 6.99% olub.
Bu barədə “Sizinxeber.az-Economics” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Qeyd edilib ki, dövr ərzində pul siyasəti alətlərinin kəmiyyət parametrləri likvidliyin monitorinqi və proqnozlaşdırılması əsasında müəyyən edilmişdir. Hesabat dövründə likvidliyin monitorinqi və proqnozlaşdırılması sistemi beynəlxalq təşkilatların tövsiyələri nəzərə alınmaqla təkmilləşdirilmişdir. Sterilizasiya əməliyyatları ilə yanaşı, hesabat dövründə bankların likvidliyə olan ehtiyacının qarşılanması məqsədilə 1 günlük daimi imkan qismində əks-repo əməliyyatları da keçirilib. 2024-cü ilin 9 ayı ərzində bu əməliyyatların orta günlük həcmi 166.3 mln. manat olub. O cümlədən bu göstərici I rübdə 10 mln. manat, II rübdə 96.7 mln. manat, III rübdə isə 213.4 mln. manat olub.
Oxşar xəbərlər
Azərbaycanda nağdsız valyuta bazarında 18 mlrd. dollara yaxın əməliyyatlar aparılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda bank kartlarının sayı 19 milyona çatıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda bank kartlarının sayı 19 milyonu ötüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda banklararası pul bazarı aktivdirmi? [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Bakı Fond Birjası"nın dövriyyəsi kəskin artıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?












