BMT: Azərbaycanın ÜDM-inin 2025-2026-cı illərdə orta illik artımı 3 % təşkil edəcək
BMT Azərbaycanda 2025-ci ildə iqtisadi artımın 3 % səviyyəsində olacağını proqnozlaşdırır.
“Report” xəbər verir ki, bu proqnoz təşkilatın “2025-ci il üçün Dünya İqtisadi Vəziyyəti və Perspektivləri” (World Economic Situation and Prospects 2025) hesabatında əks olunub.
Hesabata əsasən, ölkə iqtisadiyyatı müsbət dinamika nümayiş etdirir.
“Azərbaycanda iqtisadi artım 2024-cü ildə daxili tələbatın güclənməsi və qeyri-neft sektorunun inkişafı sayəsində sürətlənib. Gözlənilir ki, Azərbaycan təbii qazına artan qlobal tələbat 2025-ci ildə ÜDM artımını dəstəkləməyə davam edəcək”, – sənəddə qeyd olunub.
BMT 2026-cı il üçün də Azərbaycanın ÜDM artımını 3 % səviyyəsində proqnozlaşdırır.
BMT-nin qiymətləndirmələrinə görə, 2024-cü ilin yekunlarına əsasən Azərbaycanın ÜDM-i 2023-cü ildəki 1,1 % artımdan sonra 4,6 % artıb.
Azərbaycan İqtisadiyyat Nazirliyi 2025-ci il üçün ÜDM artımını 3,5 %, 2026-cı il üçün isə 2,8 % səviyyəsində proqnozlaşdırır.
Oxşar xəbərlər
BMT: Azərbaycanda inflyasiya 2025-ci ildə 3,6 %, 2026-cı ildə 3,1 %-ə qədər azalacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
IMF 2024-2025-ci illər üçün Azərbaycanda iqtisadi artım proqnozunu yaxşılaşdırıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
ING Azərbaycanda iqtisadi artım proqnozunu yeniləyib [xfgiven_updateblue][/xfgiven_updateblue]
ING Azərbaycanda bu il üçün iqtisadi artım proqnozunu artırıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
ING Azərbaycanda 2025-ci il üçün iqtisadi artım proqnozunu açıqlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi











