Azərbaycanda gələn il dövlət investisiyası hesabına 169 yeni layihə maliyyələşdiriləcək
2025-ci ildə Azərbaycanda dövlət əsaslı vəsait qoyuluşu hesabına ümumi dəyəri 21,5 milyard manat olan 169 yeni layihənin maliyyələşdirilməsi nəzərdə tutulub.
"Report" xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisi bu gün keçirilən plenar iclasında - "2025-ci il dövlət büdcəsi haqqında" qanun layihəsini müzakirəsi zamanı bildirib.
Onun sözlərinə görə, bu layihələrdən 14-ü yeni, 155-i isə keçid layihələridir.
Bundan başqa, sədr deyib ki, gələn il ümumi dəyəri 798,4 milyon manat olan 85 layihənin başa çatdırılması üçün 267,8 milyon manat vəsait ayrılması planlaşdırılır.
"Bundan əlavə, beynəlxalq qurumlardan layihələrin maliyyələşdirilməsi üçün 895,9 milyon manat vəsait cəlb ediləcək ki, bu da xarici dövlət borcunun artmasına səbəb olacaq”, - deyə V.Gülməmmədov əlavə edib.
Onun sözlərinə görə, 2025-ci ildə dövlət borcuna və öhdəliklərinə xidmət xərcləri üzrə faiz ödənişləri 1,3 milyard manat təşkil edəcək. Bu da, 2024-cü ilə nisbətən 3 dəfə çoxdur.
Sədr borc yükünün artımının fiskal dayanıqlığa təsirini azaltmaq üçün əlavə tədbirlərin görülməsinin vacibliyini vurğulayıb.
Oxşar xəbərlər
HP sədri: 2025-ci ilin dövlət büdcəsində dörd mədaxil mənbəyində azalma nəzərdə tutulur [xfgiven_updateblue][/xfgiven_updateblue]
Vüqar Gülməmmədov: "Büdcənin qeyri-neft-qaz gəlirləri 924 milyon manat artacaq" [xfgiven_updateblue][/xfgiven_updateblue]
Hesablama Palatası: Büdcə xərclərinin strukturunda dəyişikliklər gözlənilir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Gələn il dövlət borcuna 2.5 milyard manatdan çox vəsait yönəldiləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan 2025-ci ildə həmtəsisçi olduğu beynəlxalq investisiya və inkişaf fondlarına 270 milyon manat ayıracaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












