Maliyyə naziri Naxçıvanın sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının icrasını tənqid edib
Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramının icrasına cari ildə vəsait ayrılıb. Bu pulun istifadəsi arzuolunmaz səviyyədədir.
Sizinxeber.az xəbər verir ki, bunu Milli Məclisin Hüquq siyasət və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Regional məsələlər komitələrinin birgə keçirilən iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.
Nazir bildirib ki, gələn il üçün Proqramın icrasına 150 milyon manat məbləğində vəsait ayrılması nəzərdə tutulur: "Su çəkilişi, elektrik stansiyalarının tikilməsi üçün müvafiq layihə hazırlanmadan bunu edə bilmərik. Bu məsələlər artıq gələn ildən öz məcrasına ildən qoyulacaq”.
Oxşar xəbərlər
Növbəti il Naxçıvana büdcədən 150 mln. manat ayrılması proqnozlaşdırılır
Nazir: Sosial müavinətlərin növbəti ildə artırılması nəzərdə tutulur
2021-ci illə müqayisədə 2025-ci il dövlət büdcəsinin xərcləri 50% artıb
Əməkhaqqı və pensiya artımı üçün büdcədə 1 milyard 370 milyon manat əlavə vəsait nəzərdə tutulub
Nazir: Minimum əməkhaqqı və minimum pensiya artımı üçün büdcədə vəsait nəzərdə tutulub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













