Əməkhaqqı və pensiya artımı üçün büdcədə 1 milyard 370 milyon manat əlavə vəsait nəzərdə tutulub
Prezident İlham Əliyevin əməkhaqqlarının, pensiyaların, sosial ödənişlərin artımı ilə bağlı göstərişinə uyğun olaraq, büdcədə 1 milyard 370 milyon manat əlavə vəsaitin ayrılması nəzərdə tutulub.
Sizinxeber.az xəbər verir ki, bunu Milli Məclisin Hüquq siyasət və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Regional məsələlər komitələrinin birgə keçirilən iclasında gələn il üçün dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.
Nazir bildirib ki, daxili maliyyə bazarlarının inkişafı ilə məşğuldurlar: "Xarici borclanmanı azaltmaqla, biz daxili maliyyə bazarlarımızı inkişaf etdiririk. Daxili dövlət borcunun artımını Maliyyə Nazirliyi təmin edib. Bizim xarici dövlət borcumuz mütənasib şəkildə azalıb. Bununla da Prezident tərəfindən təsdiq edilmiş strategiyanın tələblərini yerinə yetiririk. Xarici dövlət borcuna xidmət xərcləri növbəti ildə 1 milyard 442 milyon manat təşkil edəcək".
Oxşar xəbərlər
Nazir: Minimum əməkhaqqı və minimum pensiya artımı üçün büdcədə vəsait nəzərdə tutulub
2021-ci illə müqayisədə 2025-ci il dövlət büdcəsinin xərcləri 50% artıb
Nazir: Neft Fondundan büdcəyə transfertin artırılması Ermənistanın ciddi şəkildə silahlanması ilə bağlıdır
Daxili dövlət borcunun artmasının səbəbinə aydınlıq gətirilib
Sosial ödənişlər üçün 1 milyard 456 milyon manat ödənilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Avropadan “Qarabağ”a 3 milyon avroluq təklif gəldi
-
İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"
-
İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
-
Prezident İlham Əliyev: "Yeni dünya nizamı "kim güclüdür, o da haqlıdır" anlamına gəlməməlidir"
-
Prezident: Azərbaycan birtərəfli qaydada Ermənistana malların tranziti üzərindəki məhdudiyyətləri aradan qaldırıb
-
İradə İmanbəyliyə vəzifə verildi












