Azərbaycanda publik hüquqi şəxslərə büdcədən ayırmalar 5%-dən çox artırılır
2025-ci ildə Azərbaycanda dövlət büdcəsindən 56 publik hüquqi şəxsə (PHŞ) 1 milyard 162,6 milyon manat vəsait ayrılması proqnozlaşdırılır.
“Report” xəbər verir ki, bu barədə Hesablama Palatasının "2025-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinə verdiyi rəydə bildirilir.
Sənədə əsasən, bu, 2024-cü illə müqayisədə 5,2 % çoxdur.
Gələn il ayrılacaq vəsaitin 1 milyard 109,3 milyon manat dövlət sifarişinə yönəldiləcək. Bu isə 11,2 % artım deməkdir.
Palatanın apardığı kənar dövlət maliyyə nəzarəti tədbirləri bəzi PHŞ-lər üzrə dövlət sifarişinin konkret müəyyən edilmədiyi, müxtəlif illər üzrə eyni olduğu, eləcə də dövlət sifarişi zamanı vəsait ayrılması zamanı məbləğin fəaliyyətlə uzlaşdırılmadığı aşkar edilib. Eyni zamanda, bəzi PHŞ-lər üzrə məqsədli maliyyələşmələr ilin sonunda bank hesabında qalıb, bəzi hallarda, bu, müqavilədə nəzərə alınmayıb. Bununla yanaşı, bu sahədə xərc normativlərinin müəyyən edilməməsi büdcə vəsaitlərinin səmərəli və qənaətcil istifadə edilməməsi ilə nəticələnə bilər.
Oxşar xəbərlər
Azərbaycanda subsidiya ödənişi 26 % artırılır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Hesablama Palatası: Dövlət büdcəsində borclanma limitləri əsaslandırılmayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
"2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nın icrasına 55 milyard manat lazım olacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Dövlət Sosial Müdafiə Fondunun gəlirləri və xərcləri 10 %-dən çox artırılır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda hüquqi şəxslərin əmlak vergisi üzrə proqnoz 8 %-ə yaxın artırılır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













