İKZF-nin zəmanəti ilə sahibkarlara verilən kreditlərin həcmi 511 mln. manata çatıb
İndiyədək müvəkkil banklar tərəfindən İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) zəmanəti ilə sahibkarlara 511 mln. manata yaxın kredit verilib.
"Sizinxeber.az-Economics" bu barədə Fonda istinadən xəbər verir. Məlumata görə, bunun 80 mln. manata yaxını cari ilin yanvar-oktyabr aylarının payına düşüb.
Fondun zəmanəti və faiz subsidiyası hesabına sahibkarlara ayılan kreditlər vasitəsilə maliyyələşən layihələrdə 6 600 yeni iş yerinin yaradılması nəzərdə tutulub. Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin 24 avqust 2022-ci il tarixli 1832 nömrəli Fərmanı ilə Fondun sahibkarlığa dəstək alətlərinin çeşidi artırılıb. Cari ildən etibarən daha iki yeni alətin - sahibkarların manatla aldıqları kreditlərə münasibətdə kredit portfelinin təminatı, həmçinin istiqrazlar üzrə emitentlərin (sahibkarların) öhdəliklərinə təminat mexanizmlərinin tətbiqinə başlanılıb. Yeni alətlərin tətbiqi qeyri-neft sektorunda fəaliyyət göstərən mikro və kiçik sahibkarların, eləcə də emitent şirkətlərin maliyyə vəsaitlərinə əlçatanlığının artırılmasına imkan verəcək.
Oxşar xəbərlər
İpoteka və Kredit Zəmanət Fondu iqtisadçı-ekspertlərlə görüş keçirib
İndiyədək sahibkarlara güzəştli şərtlərlə 500 mln. manatdan artıq kredit verilib
Azərbaycan sahibkarları dövlət zəmanəti ilə 500 milyon manatdan artıq güzəştli kredit alıb
İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalı artırılıb - FƏRMAN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Məhəmməd Salah Misir yığmasının yeni rekordçusu olub
-
Darren Beyzli: "Misirlə matçın ilk hissəsində yaxşı oynadıq"
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
-
Filippində məktəbdə atışma olub, üç nəfər ölüb, beş nəfər yaralanıb
-
Yasamal və Nizami rayonlarının bəzi ərazilərində işıq olmayacaq
