Neft Fondunun investisiya portfelində ABŞ dollarının payı azalıb
Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) 30 sentyabr 2024-cü il tarixinə investisiya portfelinin 67%-ni ABŞ dolları təşkil edib (31.12.2023 tarixinə bu göstərici 67,5% olub – red.). Bu da ötən ilin axırına olan göstərici ilə müqayisədə 0,5 faiz bəndi azdır.
"Sizinxeber.az-Economics"in Neft Fondunun bu ilin 9 ayının yekunlarına dair hesabatına istinadən verdiyi məlumata görə, 2024-cü il 30 sentyabr tarixinə avro ARDNF-in investisiya portfelinin 20,3%-ni, funt sterlinq 5,1%-ni, Çin yuanı – 2,6%-ni, Yaponiya yeni – 1,4%-ni, digər valyutalar isə 3,6%-ni təşkil edib.
Məlumata görə, Fondun ABŞ dolları portfelinin 10 844,9 mln. dollarlıq hissəsini (17,7%) qızıl investisiyaları təşkil edib.
Qeyd edək ki, hesabat dövrünə ARDNF-in cəmi investisiya portfeli 61 190,8 mln. dollara çatıb.
Oxşar xəbərlər
Fond “AAA” reytinqli investisiya alətlərinə investisiyaları azaldıb
Dövlət Neft Fondu bu il 25 tondan çox qızıl alıb
Dövlət Neft Fondunun AÇG-dən əldə etdiyi gəlirləri 12% azalıb
Neft Fondunun AÇG-dən əldə etdiyi gəlirləri 10%-dək azalıb
Neft Fondunun AÇG-dən əldə etdiyi gəlirləri 13%-dən çox azalıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













