Fond “AAA” reytinqli investisiya alətlərinə investisiyaları azaldıb
sizinxeber.az xəbər saytı

Fond “AAA” reytinqli investisiya alətlərinə investisiyaları azaldıb


Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) istiqrazlar və pul bazarı alətləri portfelinin kredit reytinqləri üzrə təsnifatında 30.09.2024 tarixinə birinci yerdə "AAA" reytinqli investisiya alətləri qərarlaşıb.

"Sizinxeber.az-Economics"in ARDNF-nin cari ilin doqquz ayının yekunlarına dair hesabatına istinadən verdiyi məlumata görə, qeyd olunan göstərici 58.9% təşkil edib, bu da ilin əvvəlində qeydə alınan göstəricisi (31.12.2023 tarixinə - 68.1%) ilə 9.2 faiz bəndi azdır.

Məlumata görə, hesabat dövrünə Fondun investisiyalarının 20%-i "AA" reytinqli, 12.9%-i "A" reytinqli, 7,9%-i "BBB" reytinqli, 0,3%-i isə qeyri-investisiya dərəcəli alətlərinə yatırılıb.

Bundan başqa, yerləşdirmə müddəti üzrə təsnifata əsasən, Fondun investisiyalarının 13.1%-i 0-1 il ( ilin əvvəli ilə müqayisədə 10.9 faiz bəndi azalma) 29.3%-i 1-3 il (3.3 faiz bəndi artım), 26.3%-i 3-5 il (3.7 faiz bəndi artım), 31.3%-i isə 5 ildən artıq (1,1 faiz bəndi artım) müddətinə yerləşdirilib.

Bununla yanaşı, ARDNF 30.09.2024 tarixinə olan investisiya portfelinin ölkələrin inkişaf səviyyəsinə görə bölgüsünü açıqlayıb.

İnkişaf etmiş ölkələr üzrə bu göstərici 66.2% (ötən ilin sonuna olan göstərici ilə müqayisədə 1.4 faiz bəndi artım), inkişaf etməkdə olan ölkələr üzrə – 9% (5.4 faiz bəndi azalma), beynəlxalq maliyyə təşkilatları üzrə isə 7,1% təşkil edib (1.7 faiz bəndi azalma). Sərmayələrin qalan 17.7%-i qızılın payına düşüb (5.7 faiz bəndi artım).

Qeyd etmək lazımdır ki, 31.12.2023 tarixinə sadalanan göstəricilər müvafiq olaraq 64.8%, 14.4%, 8,8% və 12% səviyyəsində olublar.

Qeyd edək ki, hesabat dövrünə ARDNF-in cəmi investisiya portfeli 61 190,8 mln. dollara çatıb.

Oxşar xəbərlər

Neft Fondunun investisiya portfelində ABŞ dollarının payı azalıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
ARDNF bu il "Şahdəniz"dən əldə etdiyi gəlirlərin həcmini açıqlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
ARDNF "Şahdəniz"dən əldə etdiyi gəlirlərin həcmini açıqlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Dövlət Neft Fondunun AÇG-dən əldə etdiyi gəlirləri 12% azalıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Dövlət Neft Fondu bu il 25 tondan çox qızıl alıb [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər