Dövlət Neft Fondu İtaliyadakı investisiya portfelinin həcmini açıqlayıb
Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) İtaliyadakı investisiya portfelinin həcmi məlum olub.
"Sizinxeber.az-Economics"in Fonddan əldə etdiyi məlumata görə, ARDNF İtaliya kapital bazarında 2,3 milyard ABŞ dolları həcmində investisiya portfelinə malikdir.
Qeyd edək ki, ARDNF sözügedən ölkə ilə investisiya imkanlarının genişləndirilməsində maraqlıdır. Bu məqsədlə Fondun rəhbərliyi İtaliyada işgüzar səfərdə olub. Burada hökumət nümayəndələri ilə görüşlər keçirilib. Nümayəndə heyəti həmçinin İtaliyanın rəqəmsal, nəqliyyat və enerji sahələri üzrə aparıcı infrastruktur şirkətlərinin və investorların nümayəndələri, o cümlədən “FiberCop” şirkətinin İcraçı direktoru Luigi Ferraris; “TIM” şirkətinin İcraçı direktoru Pietro Labriola; “Vitale & CO” şirkətinin rəhbəri Orlando Barucci və partnyoru professor Fabrizio Pagani; “SNAM” ın İcraçı direktoru Stefano Venier və Maliyyə direktoru Luca Passa; “Open Fiber” şirkətinin rəhbəri Paolo Ciocca və “CDP” şirkətinin rəhbəri Giovanni Gorno Tempini ilə görüşüb. Görüşlərdə ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələrinin mövcud vəziyyəti, qarşılıqlı sərmayələrin təşviqi və əməkdaşlığın inkişaf perspektivləri barədə müzakirələr aparılıb və bir çox sektorlar üzrə tərəfdaşlıq əlaqələrinin genişləndirilməsinin vacibliyi vurğulanıb.
Oxşar xəbərlər
ARDNF bu il "Şahdəniz"dən əldə etdiyi gəlirlərin həcmini açıqlayıb
ARDNF "Şahdəniz"dən əldə etdiyi gəlirlərin həcmini açıqlayıb
Prezident İlham Əliyev “Vista Equity Partners” şirkətinin təsisçisi və icraçı direktorunu qəbul edib - YENİLƏNİB
Romada Azərbaycan ilə İtaliya arasında imzalanmış sənədlərin mübadiləsi mərasimi olub - YENİLƏNİB
Dövlət Neft Fondunun AÇG-dən əldə etdiyi gəlirləri 12% azalıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













