"Paşa Bank" maliyyə vəziyyətini açıqlayıb - Hesabat
sizinxeber.az xəbər saytı

"Paşa Bank" maliyyə vəziyyətini açıqlayıb - Hesabat


"Paşa Bank" 2024-cü ilin III rübü üzrə maliyyə hesabatlarını açıqlayıb.

Sizinxeber.az-Economics” banka istinadən xəbər verir ki, 2024-cü ilin yanvar-sentyabr ayları ərzində "Paşa Bank"nın xalis mənfəəti ötən ilin müvafiq dövrü ilə 0.33% və ya 491 min manat azalaraq 146 milyon 778 min manat təşkil edib. 2023-cü ilin müvafiq dövründə bank 147 milyon 269 min manat xalis mənfəət əldə etmişdi.

Hesabat dövründə bankın faiz gəlirləri 11% artaraq 359 milyon 476 min manat, faiz xərcləri isə 93% artaraq 84 milyon 928 min manat təşkil edib. Bu dövrdə bankın qeyri-faiz gəlirləri 194 milyon 645 min manata ( illik müqayisədə 17.3% çox), qeyri-faiz xərcləri isə 268 milyon 606 min manata ( illik müqayisədə 17.1% çox) bərabər olub. Beləliklə bank bu dövrdə 193 milyon 311 min manat əməliyyat mənfəəti əldə edib ki, bu da illik müqayisədə 6% azdır.

Cari ili 9 ayı ərzində bankın aktivləri 75 milyon manatdan çox azalıb. Belə ki, bu ilin oktyabr ayının 1-nə bankın aktivləri ilin əvvəli ilə müqayisədə 0.9% və ya 75.6 milyon manat azalaraq 8 milyard 575.8 milyon manata enib. Cari ilin ilk 9 ayında "Paşa Bank"nın kredit portfeli (müştərilərə verilmiş kreditlər) isə 14.6% və ya 413.5 milyon manat artaraq 3 milyard 248.9 milyon manata bərabər olub.

Bu dövrdə "Paşa Bank"nın cəmi öhdəlikləri 7 milyard 737 milyon manat təşkil edib ki, bu da ilin əvvəlinə nisbətən 1% və ya 77.1 milyon manat azdır.

Şirkətlər doqquz ay ərzində “Paşa Bank”dan 350 milyon manatdan çox depoziti geri çəkiblər. Belə ki, fiziki şəxslərin depozitləri ilin əvvəlinə nisbətən 17.2% və ya 281.8 milyon manat artaraq 1 milyard 915.7 milyon manat, hüquqi şəxslərin (şirkətlərin) depozitləri isə 6.7% və ya 356.8 milyon manat azalaraq 4 milyard 944.4 milyon manata bərabər olub. Beləliklə bankın ümumi depozit portfeli cari ilin 9 ayında 1.1% və ya 75 milyon manat manat azalaraq 6 milyard 860 milyon manata enib.

2024-cü il oktyabr ayının 1-nə "Paşa Bank"nın cəmi kapitalı ilin əvvəli ilə müqayisədə 0.2% və ya 1.6 milyon manat artaraq 838 milyon 752 min manat təşkil edib.

Oxşar xəbərlər

"Bank BTB" bu ilin III rübünü zərərlə bitirib - HESABAT [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bu il “Bank Respublika”dan 100 milyondan çox depozit geri çəkilib - Hesabat [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Xalq Bank"ın depozit portfeli 240 mln. manatdan çox azalıb - Hesabat [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Bank VTB Azərbaycan”ın mənfəəti 2,5 mln. manat azalıb - Hesabat [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Yapı Kredi Bank Azərbaycan”ın mənfəəti 2 mln. manata yaxın azalıb - Hesabat [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər