Bu il kirayə üsulu ilə satılan mənzillərin sayı 1126-ya çatıb
İpoteka və Kredit Zəmanət Fondu (Fond) tərəfindən şəxsi yığımları yetərli olmayan vətəndaşların mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə satmaq öhdəliyi ilə kirayə mexanizminin icrası uğurla davam etdirilir.
"APA-Economics" xəbər verir ki, 2024-cü il oktyabrın 1-nə olan məlumata görə, indiyədək mexanizm vasitəsilə 5512 vətəndaş və ya ailə özünün mənzil şəraitini yaxşılaşdırıb ki, bunun da 1126-sı cari ilin yanvar-sentyabr aylarında bağlanmış müqavilələrin payına düşür.
Satmaq öhdəliyi ilə kirayə üsulu ilə mənzil sahibi olan vətəndaşların 60%-dən çoxunu gənclər və gənc ailələr təşkil edir.
Qeyd edək ki, indiyədək satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində Fond tərəfindən vətəndaşlara 14 ünvanda mənzillər təqdim edilib. Onlardan 6-sı Bakı şəhərində, 3-ü Xırdalan şəhərində, 3-ü Abşeron rayonunun Masazır, Saray və Məmmədli qəsəbələrində, daha 2-si isə Sumqayıt şəhərində yerləşir.
Oxşar xəbərlər
Daha 207 "kirayə mənzil" satışa çıxarılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Daha 207 "kirayə mənzil" satışa çıxarılır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda daha 207 mənzil satmaq öhdəliyi ilə kirayəyə veriləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Vəzifəli gömrükçülərə kirayə mənzil üçün ödəniləcək aylıq kompensasiya müəyyənləşib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ədliyyə orqanları işçilərinə mənzil kirayəsi üçün pul kompensasiyasının məbləği müəyyənləşib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












