AMB: BOKT-ların maliyyə vasitəçiliyində rolu kiçik olaraq qalmaqdadır
sizinxeber.az xəbər saytı

AMB: BOKT-ların maliyyə vasitəçiliyində rolu kiçik olaraq qalmaqdadır


Bank olmayan kredit təşkilatlarının (BOKT) maliyyə sektorunun aktivlərində payı artsa da, maliyyə vasitəçiliyində rolu kiçik olaraq qalmaqdadır. Bütövlükdə bank olmayan kredit təşkilatlarının maliyyə sistemində aktivlərinə görə bazar payı 1.6% təşkil edib.

APA-Economics” xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) "2024-cü ilin I yarısı üzrə Maliyyə sabitliyi hesabatı"nda bildirilir.

Qeyd edilib ki, 2024-cü ilin I yarımilində BOKT-lərin sayı 55, Kİ-nin (kredit ittifaqlarının) sayı isə 39 olmuşdur. Hal-hazırda fəaliyyətdə olan BOKT-lərin 15-i xarici kapitallıdır ki, onların da 12-də xarici kapitalın payı 50%-dən yüksəkdir. Yarımil ərzində BOKT işçilərinin sayı 153 nəfər artaraq 3442 nəfər, filiallarının sayı isə 12 ədəd artaraq 308-ə çatmışdır. 2024-cü ilin I yarımilində BOKT sektorunun balansı cəlb edilən vəsaitlərin kredit portfelinə yönləndirilməsi fonunda genişlənib. Ölkədə fəaliyyət göstərən BOKT-lərin cəmi aktivləri yarımil ərzində 13% (95.5 mln. manat) artaraq 854 mln. manat təşkil etmişdir. Artımın əsas payçısı xalis kredit portfeli olub. Cari ilin I yarısı ərzində xalis kredit portfeli 13% (72 mln. manat) artıb ki, məbləğ ifadəsində artım əsasən istehlak kreditləri hesabına formalaşıb.

Oxşar xəbərlər

Mərkəzi Bank 5 BOKT-nun vəzifəli şəxslərini cərimələyib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Mərkəzi Bank bir neçə BOKT-un vəzifəli şəxsini cərimələyib [xfgiven_updateblue][/xfgiven_updateblue]
"E-Kredit" BOKT dövlət qeydiyyatına alınıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan BOKT-larının xalis mənfəəti 3 dəfə artıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan Mərkəzi Bankı "İrşad” BOKT-a lisenziya verib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər