BFB-nin sədri: "Azərbaycanda fərdi investorların fəaliyyəti zəifdir"
Azərbaycanda fərdi investorların fəaliyyəti zəifdir.
"Report" xəbər verir ki, bunu "Bakı Fond Birjası" QSC-nin (BFB) yeni brend kimliyi ilə bağlı keçirilən mətbuat konfransında qurumun İdarə Heyətinin sədri Ruslan Xəlilov bildirib.
"Bunun bir neçə səbəbi var - maliyyə savadlılığıının aşağı səviyyədə olması, investisiya alətlərinə çıxışın məhdud olması və bazarda infrastrukturun yetərincə inkişaf etməməsi xüsusi əhəmiyyət kəsb edir. Maliyyə savadlılığının yetərli olmaması investorların riskləri düzgün qiymətləndirə bilməməsinə və maliyyə qərarlarında ehtiyatlı davranmasına səbəb olur. Bundan əlavə, ölkədə müxtəlif investisiya məhsulları, məsələn, səhmlər, istiqrazlar və digər maliyyə alətləri kifayət qədər tanıdılmır və əhalinin onlara marağı azdır", - deyə o qeyd edib.
Oxşar xəbərlər
"Bakı Fond Birjası" növbəti 3 ildə 7 əsas strateji təşəbbüslə çıxış edəcək
AFBİA: Kapital bazarında alət qıtlığı investorların marağının qarşısını alır
AMB: Azərbaycanda yeni maliyyə alətlərinin hüquqi bazası formalaşdırılacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
Biləsuvarda son 5 ildə aqrar sektora 50 milyon manat investisiya qoyulub
-
Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
-
DÇ-2026: Argentina - Avstriya matçında ikinci hissə başlayıb - YENİLƏNİR-4
-
Litva 3 milyon avro dəyərində ovçu PUA-ların hazırlanması üçün tender elan edib
-
Kanadada sinaqoqun qarşısında atışma olub, ölənlər var
