AMB: Azərbaycanda yeni maliyyə alətlərinin hüquqi bazası formalaşdırılacaq
Azərbaycan Mərkəzi Bankı (AMB) "2024-2026-cı illəri əhatə edən maliyyə sektorunun inkişaf strategiyası" çərçivəsində yeni maliyyə alətləri üçün hüquqi baza yaratmağı planlaşdırır.
Bu barədə "Report"un sorğusuna cavab olaraq AMB-dən bildirilib.
“Strategiyaya əsasən, kapital bazarının təşviqi üçün bir sıra tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Xüsusilə, "Qiymətli kağızlar bazarı haqqında" qanunun yenidən nəzərdən keçirilməsi və təkmilləşdirilməsi, investorların bazara çıxışının genişləndirilməsi, yeni maliyyə alətləri üçün hüquqi bazanın yaradılması, həmçinin kapital bazarlarına çıxış üçün stimulların verilməsi planlaşdırılır”,- Mərkəzi Bankın cavabında deyilir.
Bildirilir ki, əlavə olaraq, emissiya ilə bağlı tənzimləyici çərçivənin yenidən nəzərdən keçirilməsi və investorların hüquqlarının qorunmasına dair hüquqi çərçivənin formalaşdırılması planlaşdırılır.
“Bu dəyişikliklər bazarın əhatə dairəsini və maliyyə alətlərinin müxtəlifliyini artırmağa yönəlib ki, bu da iqtisadiyyatın real sektoru üçün daha əlverişli maliyyələşdirmə imkanları təqdim edən müasir kapital bazarının formalaşmasına kömək etməlidir”,- AMB qeyd edir.
Xatırladaq ki, "2024-2026-cı illəri əhatə edən maliyyə sektorunun inkişaf strategiyası" bu il yanvarın 26-da AMB-nin İdarə Heyəti tərəfindən təsdiq edilib. Strategiyanın həyata keçirilməsi nəticəsində kapital bazarlarının ölkənin qeyri-neft ÜDM-də payının hazırkı 10 %-dən 14 %-ə qədər artacağı, əhalinin kapital bazarlarında investisiyalarının həcminin 150 milyon manatdan 1 milyard manata qədər artacağı və effektiv nəzarət çərçivəsinin formalaşdırılması gözlənilir.
Oxşar xəbərlər
AFBİA: Kapital bazarında alət qıtlığı investorların marağının qarşısını alır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Fərid Axundov: "Azərbaycan kapital bazarının gəlirliyi 100 dəfə arta bilər" [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycandakı valyuta mübadiləsi məntəqələrinə 6 ay vaxt verilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda banklararası pul bazarı aktivdirmi? [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda lotereya təşkilatçılarının üzərinə yeni öhdəlik qoyulub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












