Azərbaycanda vergi işçiləri üçün elmi dərəcəyə görə əlavələrin məbləği müəyyən edilib
sizinxeber.az xəbər saytı

Azərbaycanda vergi işçiləri üçün elmi dərəcəyə görə əlavələrin məbləği müəyyən edilib


Nazirlər Kabineti vergi orqanlarının vəzifəli şəxsləri üçün elmi dərəcəyə görə əlavələrin miqdarını müəyyən edib.

"Report" xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, vergi orqanlarında çalışan elmlər doktoru elmi dərəcəsi olan vəzifəli şəxslərə 50 manat (bilavasitə ixtisası üzrə çalışanlara 100 manat), fəlsəfə doktoru (elmlər namizədi) elmi dərəcəsi olan vəzifəli şəxslərə 30 manat (bilavasitə ixtisası üzrə çalışanlara 60 manat) miqdarında vəzifə maaşlarına əlavələr müəyyən edilib.

Maliyyələşdirmə məsələləri İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə dövlət büdcəsindən ayrılmış vəsait hesabına ödəniləcək.

Qərar bu il yanvarın 1-dən tətbiq ediləcək.

Oxşar xəbərlər

Azərbaycanda vergi işçiləri mənzil kirayəsi üçün pul kompensasiyası alacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda vergi orqanlarının vəzifəli şəxslərinin həvəsləndirmə qaydası müəyyən edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ötən il 526 nəfər fəlsəfə doktoru elmi dərəcəsi alıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Naxçıvanda vergi daxilolmaları 29 % artıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
ADA Universitetində doktorantlar yetişdiriləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər