Mərkəzi Bankın İdarə Heyəti tərəfindən Yaşıl Taksonomiya təsdiqlənib
Azərbaycan Respublikası Mərkəzi Bankının (AMB) İdarə Heyətinin 7 noyabr tarixli qərarı ilə Yaşıl Taksonomiya təsdiq edilib.
Bu barədə "APA-Economics" AMB-yə istinadən xəbər verir.
Qeyd edilib ki, Yaşıl Taksonomiya iqtisadi sektorlar üzrə yaşıl fəaliyyət növlərinin, alt-növlərinin və onların texniki təsnifat meyarlarının müəyyən edilməsi üzrə təsnifat sistemini əhatə edir.
Əsasən maliyyə institutları tərəfindən istifadə üçün nəzərdə tutulan Yaşıl Taksonomiyanın özəl sektor tərəfindən biznes fəaliyyətlərinin Taksonomiyada müəyyən edilmiş meyar və prinsiplərə uyğunluğunun təmin edilməsi, yaşıl və dayanıqlı keçid strategiyalarının hazırlanması, müvafiq məlumatların ictimaiyyətə açıqlanması, yaşıl investisiyaların cəlb edilməsi və digər oxşar istiqamətlər üzrə istifadəsi mümkündür.
Yaşıl Taksonomiya ölkədə dayanıqlı maliyyə ekosisteminin formalaşdırılmasına, daxili və xarici resursların yaşıl və dayanıqlı layihələrə yönəldilməsinə, iqlim dəyişikliyindən yaranan risklərin tənzimlənməsinə, aşağı karbon iqtisadiyyatına keçid ilə bağlı yaranan fürsətlərdən istifadə edilməsinə, həmçinin mal və xidmətlərin ixracı sahəsində ixtisaslaşan müəssisələrin fəaliyyətinin dəstəklənməsinə xidmət edəcəkdir. Bununla da, Yaşıl Taksonomiya ölkə iqtisadiyyatının dayanıqlı inkişaf imperativlərinə uyğunlaşdırılmasına, eləcə də dayanıqlı iqtisadiyyata keçiddə maliyyə sektorunun rolunun gücləndirilməsinə mühüm töhfə verəcəkdir.
Yaşıl Taksonomiya Mərkəzi Bankın təşəbbüsü və aidiyyəti dövlət qurumlarının iştirakı ilə yaradılmış “Dayanıqlı maliyyə üzrə Ekspert Qrupu” tərəfindən Dünya Bankı ekspertlərinin dəstəyi ilə hazırlanıb. Hazırlıq prosesində ən qabaqcıl beynəlxalq təcrübələrlə yanaşı Azərbaycan Respublikası iqtisadiyyatının xüsusiyyətləri də nəzərə alınıb.
Yaşıl Taksonomiya üzrə sənədi nəzərdən keçirmək üçün bu linkə daxil olun:
Oxşar xəbərlər
AMB ilin sonuna qədər Yaşıl Taksonomiya üzərində işləri yekunlaşdıracaq
Taleh Kazımov: Yaşıl Maliyyə Taksonomiyası hökumətə təqdim ediləcək
Şahin Mahmudzadə: Mərkəzi Bank 110 ölkə ilə vahid taksonomiya üzərində işləyir
Mərkəzi Bank “Türk Yaşıl Maliyyə Şurası”na üzv olub
AMB "yaşıl maliyyə" ilə bağlı təşəbbüslərini açıqlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əli Kərimlinin həbsi: AXCP bağlana bilər? - Cəlaloğlu
-
Azərbaycanda hərbi xidmətə çağırışla bağlı YENİLİK
-
Novruz, Ramazan və Qurban bayramları günləri müəyyən edildi
-
Borcu olan şirkət nizamnamə kapitalını azaltdı
-
Bakı Metropolitenində işçilərin ixtisarına başlanılıb?
-
Maliyyə naziri: “Gələn il qeyri-neft-qaz sektorunda ciddi vergi artımı yoxdur”












