Azərbaycanda dövlət xəttilə verilən ipoteka kreditlərinin sayı 51 mini ötüb
Bu günə qədər İpoteka və Kredit Zəmanət Fondu (İKZF) 51 022 borcalana 3 milyard 170,738 milyon manat kredit verib.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə İKZF-nin açıqlamasında bildirilir.
Bundan başqa, qurum bəyan edib ki, indiyə qədər 481,066 milyon manat məbləğində biznes kreditlərinə zəmanət verilib, 5 272 mənzil isə kirayəyə vermək yolu ilə realizə edilib.
Xatırladaq ki, Fond 2017-ci ilin sonunda “Azərbaycan İpoteka Fondu” və “Kredit Zəmanət Fondu” ASC-lərin birləşməsi nəticəsində yaradılıb və onların hüquqi varisidir. Fond milli maliyyə təsisatlarına uzunmüddətli subsidiyalaşdırılmış ipoteka kreditlərinin verilməsi və ucuz maliyyə resurslarına çıxışın təmin edilməsi ilə bağlı likvidlik dəstəyini verən dövlət agenti kimi fəaliyyət göstərir.
Oxşar xəbərlər
Azərbaycanda 6 ayda dövlət xəttilə 230 milyon manat ipoteka krediti verilib
Azərbaycanda 11 ayda dövlət xətti ilə 437 milyon manat ipoteka krediti verilib
İpoteka və Kredit Zəmanət Fondu ümumi dəyəri 2 milyard manata yaxın olan əmlaklarına sığortaçı seçib
Qarabağ Dirçəliş Fondunun xalis mənfəəti 30 % azalıb
Rusiya digər ölkələrə dövlət kreditlərinin verilməsi şərtlərini yumşaldıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













