Heydər Əliyev Beynəlxalq Aeroportundan istifadə edən sərnişinlərin sayı 36 % artıb
Bu ilin yanvar-iyul aylarında Heydər Əliyev Beynəlxalq Aeroportu 4,204 milyondan çox sərnişinə xidmət göstərib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 36,2 % çoxdur.
"Sizinxeber.az" bu barədə hava limanına istinadən xəbər verir.
Məlumata görə, təkcə iyulda isə Bakı aeroportu 6 171 uçuşda 815 mindən çox sərnişinə xidmət göstərib ki, bu da ötən ilin iyul ayına nisbətən 23 % çoxdur.
Beynəlxalq marşrutlarda daşınan sərnişinlərin 52 %-i xarici aviaşirkətlərin, qalanı milli aviadaşıyıcının payına düşüb. Xarici aviaşirkətlər 380 mindən çox, “Azərbaycan Hava Yolları” QSC isə 351 min sərnişin daşıyıb. Bu dövrdə Naxçıvan istiqamətində isə milli aviadaşıyıcı 745 uçuş həyata keçirib, 85 mindən çox sərnişinə xidmət göstərib.
Tranzit sərnişinlərin sayında da əhəmiyyətli artım müşahidə olunub - 2023-cü ilin iyul ayı ilə müqayisədə təxminən üç dəfə artaraq 36 min nəfər təşkil edib.
Bakıdan ən populyar beynəlxalq istiqamətlər sırasında İstanbul, Moskva, Dubay, Tbilisi və Əbu-Dabi şəhərləri qalır. Bu marşrutlarda 320 mindən çox sərnişin daşınıb.
Heydər Əliyev Beynəlxalq Aeroportu bütün sərnişinlərin maksimum rahatlığını və təhlükəsizliyini təmin etmək üçün xidmət keyfiyyətinin yüksəldilməsi, innovasiyaların tətbiqi və uçuşların coğrafiyasının genişləndirilməsi istiqamətində işləri davam etdirir.
Oxşar xəbərlər
Azərbaycana hava nəqliyyatı ilə səyahət edənlərin sayı təxminən 37 % artıb
Azərbaycandan hava nəqliyyatı ilə sərnişindaşıma 33 % artıb: Hindistan, Qətər və İtaliya ilk onluğa daxil olub
Azərbaycandan xaricə uçuşların sayı 21 %-ə yaxın artıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
Qalibaf: Livanın ərazi bütövlüyü təmin olunana qədər mübarizə aparacağıq
-
ÜST Ebola virusu riski altında olan ölkələri açıqlayıb
-
Qazaxıstan və Avropa tərəfdaşları süni intellekt, elm və kosmik texnologiyalarının inkişafını razılaşdırıblar
-
İnternet informasiya ehtiyatının fəaliyyətinin müvəqqəti məhdudlaşdırılacağı yeni hallar müəyyənləşir
-
WSJ: Tramp müdafiə şirkətləri ilə raket və sursat istehsalının sürətləndirilməsini müzakirə edəcək
