Müştərilər “Premium Bank”dan pullarını geri çəkir
Bu il aprel ayının 1-nə "Premium Bank"ın aktivləri 666,5 milyon manat təşkil edib.
“Sizinxeber.az-Economics” bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 0,1% azdır. Bu dövrdə bankın nağd vəsaitləri də 23,3% azalaraq 144,5 milyon manata enib.
Bankın kredit portfeli (müştərilərə verilmiş kreditlər) 7,8% artaraq 501 milyon manat təşkil edib. I rübdə bankın ipoteka kreditləri portfeli isə 3,3% azalaraq 72,9 milyon manat təşkil edib.
Bu ilin I rübündə “Premium Bank”ın cəmi öhdəlikləri 464,8 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 4,5% azdır. Bu dövrdə fiziki şəxslər və şirkətlər bankdan vəsaitlərinin bir qismini geri çəkiblər. Belə ki, fiziki şəxslərin depozitləri illik müqayisədə 2,5% azalaraq 310,2 milyon manata, hüquqi şəxslərin depozitləri isə 23,2% azalaraq 63,9 milyon manata düşüb. Nəticədə, bankın ümumi depozit portfeli 6,8% azalaraq 374,1 milyon manata enib.
Hesabat dövründə bankın gəlirləri 22,2% artaraq 14,5 milyon manat, xərcləri isə 12,3% artaraq 10,1 milyon manat təşkil edib.
I rübdə “Premium Bank"ın xalis mənfəəti illik müqayisədə 2,3 dəfə artaraq 3,7 milyon manat təşkil edib.
Cari ilin aprel ayının 1-nə “Premium Bank”ın cəmi kapitalı isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 11,9% artaraq 201,7 milyon manat təşkil edib.
Oxşar xəbərlər
“Bank VTB Azərbaycan”ın gəlirləri və mənfəəti azalıb
"Bank BTB" bu ilin III rübünü zərərlə bitirib - HESABAT
Ötən il “Premium Bank”dan 49 mln. manat depozit geri çəkilib - Aktivləri azalıb
"Paşa Bank" maliyyə vəziyyətini açıqlayıb - Hesabat
Bu il “Bank Respublika”dan 100 milyondan çox depozit geri çəkilib - Hesabat
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İtkin şəhidimiz “Rəşadət” ordeni ilə təltif edildi - FOTO
-
FIFA Qətər millisinin futbolçusu Asim Madibonu 5 oyunluq cəzalandırıb
-
Rusiya ordusu Kiyevə ballistik raketlə hücum edib
-
Vens: ABŞ-la İran arasında birbaşa hərbi əlaqə kanalı yaradılacaq
-
Aşura günündə indiyədək 1140,3 litr qan toplanıb - YENİLƏNİB-3
-
AŞPA siyasi sifarişlərin həyata keçirildiyi məkana çevrilib - RƏY
