Ötən il “Premium Bank”dan 49 mln. manat depozit geri çəkilib - Aktivləri azalıb
“Premium Bank” 2024-cü il üzrə maliyyə hesabatlarını açıqlayıb.
“APA-Economics” banka istinadən xəbər verir ki, ötən il “Premium Bank”ın xalis mənfəəti 2023-cü illə müqayisədə 30% və ya 2 milyon 231 min manat artaraq 9 milyon 684 min manat təşkil edib. 2023-cü ildə bank 7 milyon 453 min manat xalis mənfəət əldə etmişdi.
Hesabat dövründə bankın faiz gəlirləri 0.03% azalaraq 31 milyon 775 min manat, faiz xərcləri isə 5.1% artaraq 11 milyon 240 min manat təşkil edib. Bu dövrdə bankın qeyri-faiz gəlirləri 17 milyon 413 min manat ( illik müqayisədə 2.4% az ), qeyri-faiz xərcləri isə 26 milyon 739 min manata ( illik müqayisədə 15% az) bərabər olub. Beləliklə, bank bu dövrdə 11 milyon 209 min manat əməliyyat mənfəəti əldə edib ki, bu da 2023-cü ilə nisbətən 49.5% çoxdur.
Ötən il bankın aktivləri 6.5% və ya 44.2 milyon manat azalaraq 640 milyon 892 min manat təşkil edib. Bu dövrdə bankın kredit portfeli (müştərilərə verilmiş kreditlər) 1.1% və ya 5.2 milyon manat azalaraq 466 milyon 649 manata enib.
Bu dövrdə “Premium Bank”ın cəmi öhdəlikləri 463 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 8.8% və ya 44.8 milyon manat azdır.
2024-cü ildə bankın Mərkəzi bank və dövlət fondları qarşısında öhdəlikləri 9.5% artaraq 74 milyon 277 min manat təşkil edib.
Hesabat dövründə “Premium Bank”dan 49 milyon manat depozit geri çəkilib. Belə ki, ötən il bankın depozit portfeli 11.5% və ya 49 milyon manat azalaraq 377 milyon 761 min manata enib. Fiziki şəxslərin depozitləri əvvəlki illə müqayisədə 11.7% və ya 38.8 milyon manat azalaraq 292 milyon 55 min manat, hüquqi şəxslərin depozitləri isə 10.6% və ya 10.2 milyon manat azalaraq 85 milyon 706 min manat təşkil edib.
2025-ci il yanvar ayının 1-nə “Premium Bank”ın cəmi kapitalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 590 min manat artaraq 177 milyon 883 min manat təşkil edib.
Oxşar xəbərlər
"Bank BTB" bu ilin III rübünü zərərlə bitirib - HESABAT
"Bank Avrasiya"nın xalis mənfəəti və kredit portfeli azalıb - Hesabat
Ötən il əhali ASB-dən 17 milyondan çox depoziti geri çəkib - HESABAT
"Bank Avrasiya"nın xalis mənfəəti 3 mln. manata yaxın azalıb - Hesabat
Bu il “Bank Respublika”dan 100 milyondan çox depozit geri çəkilib - Hesabat
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













