Aqrar Sığorta Fondu yığımları 18 %, ödənişləri isə 55 % artırıb
sizinxeber.az xəbər saytı

Aqrar Sığorta Fondu yığımları 18 %, ödənişləri isə 55 % artırıb


Bu ilin I yarısında Aqrar Sığorta Fondu 13 milyon 115 min manat sığorta haqqı toplayıb.

"Report" Fonda istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 18 % çoxdur.

O cümlədən, son 1 ildə bitkiçilik uzrə sığorta haqqı 13 % artaraq 11 milyon 475 min manat, heyvandarlıq üzrə sığorta haqqı isə 65 % artaraq 1 milyon 640 min manat təşkil edib.

Hesabat dövründə 342,6 min hektar əkin sahəsi sığorta edilib və onlara 497 milyon manatlıq təminat verilb. İlk dəfə olaraq çiyələk sahələri sığortalanıb.

Bundan başqa, ölkənin müxtəlif ərazilərindəki təsərrüfatlarda 3 231 baş heyvan sığortalanıb, onlara 19 milyon 747 min manatlıq təminat verilib, ötən ilin eyni dövrünə nisbətən sığortalanan heyvanların sayı 84 % artıb.

Yanvar-iyun aylarında Fond 4 milyon 435 min manat sığorta ödənişi edib ki, bu da 1 il əvvələ nisbətən 55 % çoxdur. O cümlədən, əkin sahələri üzrə 4 milyon 245 min manat, heyvandarlıq üzrə isə 190 min manat ödəniş verilib.

6 ay ərzində əkin sahələrinə ən çox zərər vuran hadisələr - dolu (əkin sahələrinin 65%-i), sel-subasma (15%), fırtına (17%) və leysan (2%) olub.

Hesabat dövründə taxıl, qarğıdalı və pambıq sahələrindən sonra ən çox sığorta ödənişi edilən bitkilər günəbaxan, tütün, armud, şaftalı, şəkər çuğunduru, fındıq, badam və qarpız olub. Ən çox zərər ödənişi həyata keçirilən rayonlar isə Füzuli, Ağcabədi, Tovuz, Tərtər, Ağsu, Hacıqabul, Beyləqan və Şəkidir.

Oxşar xəbərlər

Aqrar Sığorta Fondu 9 aylıq nəticələri açıqlayıb
Aqrar Sığorta Fondu 11 aylıq nəticələri açıqlayıb
Aqrar Sığorta Fondu 10 aylıq nəticələri açıqlayıb
Azərbaycanda sığortalanan əkin sahələri 18 % artıb
Azərbaycanda aqrar sığorta ödənişləri 3 dəfəyə yaxın artıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər