Prezident ARDNF-in ötənilki büdcəsinin icrasını təsdiq edib
Prezident İlham Əliyev Dövlət Neft Fondunun (ARDNF) 2024-cü il büdcəsinin icrası haqqında sərəncam imzalayıb.
"Report" xatırladır ki, ötən il ARDNF-in büdcə gəlirləri 18 milyard 39 milyon manat, büdcə xərcləri isə 12 milyard 896,4 milyon manat təşkil edib.
İl ərzində Fond neft-qaz sazişlərinin həyata keçirilməsindən 12 milyard 243,7 milyon manat, o cümlədən, mənfəət neft-qazının satışından 11 milyard 461,4 milyon manat, bonus ödənişlərindən 778,2 milyon manat, tranzitdən 0,5 milyon manat, akrhesabı ödənişlərdən isə 3,6 milyon manat gəlir əldə edib. Qurumun vəsaitlərinin idarə olunmasından əldə edilən investisiya gəliri isə 5 milyard 795,3 milyon manat təşkil etməklə investisiya portfelinin 6 %-i qədər olub.
Hesabat dövründə ARNDF dövlət büdcəsinə 12 milyard 781 milyon manat transfert edib, “2019-2023-cü illər üçün ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın maliyyələşməsinə 34 milyon manat, “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı” nın maliyyələşməsinə 47,3 milyon manat yönəldib, idarəetməyə isə 34,1 milyon manat xərcləyib.
Oxşar xəbərlər
ARDNF-nin aktivləri 62 milyard dollara yaxınlaşır [xfgiven_updateblue][/xfgiven_updateblue]
ARDNF gələn il neft-qaz layihələrinin həyata keçirilməsindən dividend alacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
ARDNF ötən il büdcə öhdəliyini tam icra edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
ARDNF valyuta satışını 3 dəfəyə yaxın artırıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
ARDNF-nin gəlirləri və xərcləri ilə bağlı proqnozlar artırılır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












