“Fitch”: Azərbaycan iqtisadiyyatı yaxın beş ildə orta hesabla 2,5 % artacaq
Azərbaycan iqtisadiyyatının 2025-2030-cu illərdə orta illik artımı 2,66 % təşkil edəcək.
“Report” xəbər verir ki, bu barədə “Fitch Ratings” beynəlxalq reytinq agentliyinin hesabatında deyilir.
Proqnozlara görə, 2025-ci ildə ölkə iqtisadiyyatı 3,5 %, 2026-cı ildə isə 2,5 % artacaq. Növbəti illərdə (2027-2030-cu illər) Azərbaycanda ÜDM-in artım tempi ildə orta hesabla 2,5 % təşkil edəcək.
Azərbaycanın İqtisadiyyat Nazirliyi 2025-ci ildə ÜDM-in artım tempini 3,7 %, 2026-cı ildə 3,2 %, 2027-ci ildə isə 3,6 % səviyyəsində proqnozlaşdırır.
Beynəlxalq reytinq agentliklərinin proqnozları fərqlənir: “S&P Global” 2025-2026-cı illərdə illik 2 %, “Moody's” isə ildə 2,5 % artım gözləyir.
Beynəlxalq Valyuta Fondu 2025-2026-cı illər üçün müvafiq olaraq 3,5 % və 2,5 %, Avropa Yenidənqurma və İnkişaf Bankı 3 % və 2,5 %, Asiya İnkişaf Bankı 3,4 % və 3,3 %, Niderlandın “ING Group”u 2 % və 2,5 %, Dünya Bankı isə 2025-ci ildə 2,6 %, 2026-cı ildə 2,4 %, 2027-ci ildə 2,3 % səviyyəsində artım proqnozlaşdırır.
Oxşar xəbərlər
AİB Azərbaycan iqtisadiyyatının 2025-ci il üçün artım proqnozunu yaxşılaşdırıb
ING Azərbaycanın 2025-ci il üçün iqtisadi artım proqnozunu yenidən nəzərdən keçirib
Dünya Bankı 2025-2027-ci illərdə Azərbaycanda ÜDM-in hər il 2,4 %-dən çox artacağını proqnozlaşdırır
ING Azərbaycanda 2025-2026-cı illər üçün iqtisadi artım proqnozunu açıqlayıb
IMF 2030-cu ilə qədər Azərbaycanda inflyasiya proqnozlarını açıqlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













