IMF 2030-cu ilə qədər Azərbaycanda inflyasiya proqnozlarını açıqlayıb
Beynəlxalq Valyuta Fondu (IMF) Azərbaycanda 2025-ci il üçün orta illik inflyasiyanı 5,7 %, illik inflyasiyanı isə 5,2 % səviyyəsində proqnozlaşdırır.
“Report” bu barədə IMF-yə istinadən xəbər verir.
Fondun proqnozuna əsasən, 2026-cı ildə orta illik inflyasiya 4,5 %, 2027-2029-cu illərdə isə 4 % təşkil edəcək.
Bundan başqa, 2026-2029-cu illər ərzində illik inflyasiyanın hər il 4 % səviyyəsində olacağı gözlənilir.
Azərbaycan İqtisadiyyat Nazirliyinin qiymətləndirməsinə görə, ölkədə orta illik inflyasiya 2025-ci ildə 4,6 %, 2026-cı ildə isə 4 %-ə düşəcək. Azərbaycan Mərkəzi Bankı cari ilin yanvarında 2025-ci ildə inflyasiyanı 5,5 %, 2026-cı ildə isə 3,8 % səviyyəsində proqnozlaşdırıb.
Birləşmiş Millətlər Təşkilatı (BMT) Azərbaycanda inflyasiyanın 2025-ci ildə 3,6 %, 2026-cı ildə isə 3,1 % təşkil edəcəyini gözləyir. Dünya Bankı ölkədə orta illik inflyasiyanı hər iki il üçün 2,3 % səviyyəsində qiymətləndirir.
Beynəlxalq reytinq agentlikləri də mülayim proqnozlar verir: “S&P Global” 2025-ci ildə 4 %, 2026-cı ildə isə 3 % gözləyir, oxşar proqnozu “Moody's” agentliyi də dərc edib.
Azərbaycanda 2024-cü ildə orta illik inflyasiya 2,2 % təşkil edib, 2025-ci ilin yanvar-fevral aylarında isə 5,4 %-ə yüksəlib.
Oxşar xəbərlər
AİB Azərbaycan üçün 2025-ci il inflyasiya proqnozunu artırıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
BMT: Azərbaycanda inflyasiya 2025-ci ildə 3,6 %, 2026-cı ildə 3,1 %-ə qədər azalacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Fitch Solutions”: Bu il Azərbaycanda inflyasiya 4%-dən yüksək olacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
IMF Azərbaycanda inflyasiyanın 2024-2025-ci illərdə yavaşlayacağını proqnozlaşdırır [xfgiven_updateblue][/xfgiven_updateblue]
ING bu il üçün Azərbaycanda inflyasiyanın proqnozunu yeniləyib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi
-
İki şəhid anası: "Onlar haqqında danışanda Leyla xanım kövrəlib ağladı"
-
Prezident İlham Əliyev Daşkənddə "Gələcəyin İrsi" Beynəlxalq Mükafatının təqdimat mərasimində iştirak edib












