Sahil Babayev: "Azərbaycan IMF ilə əməkdaşlığın genişləndirilməsində maraqlıdır"
Azərbaycan hökuməti Beynəlxalq Valyuta Fondu (IMF) ilə əməkdaşlığın daha da genişləndirilməsində maraqlıdır.
"Report" xəbər verir ki, bu barədə maliyyə naziri Sahil Babayev IMF-də Azərbaycanın daxil olduğu Seçki Qrupu üzrə İcraçı Direktoru Patrik Loşevski ilə virtual formatda keçirilən görüşdə vurğulayıb.
Görüşdə Fond tərəfindən təqdim olunan texniki yardım proqramlarının və məsləhət xidmətlərinin Azərbaycanda makroiqtisadi sabitliyin və fiskal idarəetmənin gücləndirilməsinə mühüm töhfə verdiyi qeyd olunub.
Tərəflər Azərbaycanın dövlət maliyyə idarəçiliyi, fiskal siyasət sahəsindəki prioritetlər və həyata keçirilən islahatlar gündəliyini müzakirə ediblər. Həmçinin bu istiqamətdə gələcək əməkdaşlıq imkanları ətrafında geniş fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
Azərbaycan və Dünya Bankı gələcək əməkdaşlıq barədə fikir mübadiləsi aparıb
Avrasiya İnkişaf Bankı Azərbaycanda bəzi layihələri maliyyələşdirə bilər
Azərbaycan Dünya Bankı ilə birlikdə yeni layihələr həyata keçirmək istəyir
Sahil Babayev maliyyə naziri təyin edilib
Azərbaycan dövlət maliyyəsinin idarəedilməsi sahəsində aparılan islahatlara “Oliver Wyman”ı cəlb etmək istəyir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda hərbi xidmətə çağırışla bağlı YENİLİK
-
Novruz, Ramazan və Qurban bayramları günləri müəyyən edildi
-
Borcu olan şirkət nizamnamə kapitalını azaltdı
-
Bakı Metropolitenində işçilərin ixtisarına başlanılıb?
-
Maliyyə naziri: “Gələn il qeyri-neft-qaz sektorunda ciddi vergi artımı yoxdur”
-
Bu ölkənin viza qiyməti artdı












