Azərbaycan Dünya Bankı ilə birlikdə yeni layihələr həyata keçirmək istəyir
Azərbaycan Dünya Bankı ilə yeni layihələrin, xüsusilə də nəqliyyat, enerji, su-kanalizasiya və digər sahələrdə əməkdaşlığın həyata keçirilməsində maraqlıdır.
"Sizinxeber.az" Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bunu nazir Sahil Babayev Bankın Cənubi Qafqaz üzrə regional direktoru xanım Roland Praysı və Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) Cənubi Qafqaz regionu üzrə rəhbəri xanım İvana Duarteni qəbul edərkən deyib.
Görüşdə Bankın Azərbaycanda maliyyələşdirdiyi layihələrin hazırkı icra vəziyyəti, həmçinin IFC ilə əməkdaşlıq və ölkə üzrə iqtisadi inkişaf strategiyasının müxtəlif istiqamətləri müzakirə olunub.
R. Prays Dünya Bankının Azərbaycan üzrə növbəti 5 il üçün Ölkə Tərəfdaşlıq Strategiyasının təsdiq edildiyini diqqətə çatdırıb, Strategiyaya uyğun olaraq Azərbaycanda bır sıra sahələri əhatə edəcək layihələrin həyata keçirilməsinin nəzərdə tutulduğunu bildirib. Bununla yanaşı o, fiskal qaydaların, büdcə qanunvericiliyinin və büdcə təsnifatının təkmilləşdirilməsində, həmçinin mühasibat haqqında yeni qanun layihəsinin hazırlanmasında Bankın dəstək göstərə biləcəyini diqqətə çatdırıb.
S.Babayev isə Azərbaycanın Dünya Bankı Qrupu ilə əməkdaşlığa böyük əhəmiyyət verdiyini vurğulayıb, ölkəmizin bu maliyyə institutu ilə yeni layihələrin həyata keçirilməsində maraqlı olduğunu deyib.
Görüşdə tərəflər arasında əməkdaşlığın yaxşı səviyyədə olduğu vurğulanıb, qarşılıqlı maraq doğuran məsələlərə dair geniş fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
Dünya Bankının Azərbaycanla yeni Ölkə Tərəfdaşlıq Çərçivəsi hazırlanacaq
Avrasiya İnkişaf Bankı Azərbaycanda bəzi layihələri maliyyələşdirə bilər
Azərbaycan Dünya Bankı ilə bərpa olunan enerji təşəbbüslərini müzakirə edib
Azərbaycan Dünya Bankı ilə dənizdə külək enerjisini müzakirə edib - YENİLƏNİB
Azərbaycan Dünya Bankı ilə yeni Ölkə Tərəfdaşlıq Çərçivəsinin hazırlıq vəziyyətini müzakirə edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda hərbi xidmətə çağırışla bağlı YENİLİK
-
Novruz, Ramazan və Qurban bayramları günləri müəyyən edildi
-
Borcu olan şirkət nizamnamə kapitalını azaltdı
-
Bakı Metropolitenində işçilərin ixtisarına başlanılıb?
-
Maliyyə naziri: “Gələn il qeyri-neft-qaz sektorunda ciddi vergi artımı yoxdur”
-
Bu ölkənin viza qiyməti artdı













