ADY: Məhdudlaşdırıcı amillər Orta Dəhlizdə ən aktual mövzulardan biridir
Bu gün məhdudlaşdırıcı amillər Orta Dəhlizdə ən aktual mövzulardan biridir.
“Sizinxeber.az” xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin Marketinq və tarif siyasəti departamentinin müavini Natiq Rəsulzadə Bakıda keçirilən 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz sərgisi, 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji beynəlxalq sərgisi çərçivəsində təşkil olunmuş "Xəzər regionunda multimodal daşımalar: Səmərəli nəqliyyat logistikası təmin edilməsində perspektivlər və çağırışlar" panel müzakirəsində bildirib.
"Təbii ki, yükdaşımadan və nəqliyyat dəhlizindən söhbət gedirsə, burada məhdudlaşdırıcı amillər qaçılmazdır, o cümlədən Orta Dəhlizdə də. Bunlara həm fəsil amili, həm də Orta Dəhlizdə intensivliyin artması ilə bağlı koordinasiya amili daxildir. Koordinasiya faktoru ilə bağlı ADY "Control Tower" layihəsini irəli sürüb. Bu layihə bütün dəhliz iştirakçılarını eyni anda koordinasiyasını təşkil edir, həm Bakı Beynəlxalq Dəniz Ticarət Limanında konteyner aşırmalarına, həm Xəzər dənizində gəmi daşımalarına, həm də Azərbaycan ərazisində dəmir yolu daşımalarına aiddir", - deyə o qeyd edib.
Oxşar xəbərlər
İqtisadiyyat naziri: "Orta Dəhlizdə neft nəqli üçün əhəmiyyətli potensial var"
"CFR Marfă": "Orta Dəhliz" bütün tərəflərə imkanlar, fürsətlər yaradır
Rövşən Rüstəmov: "Orta Dəhlizdə yüklər 100 % "yaşıl enerji" ilə daşınacaq"
Orxan Zeynalov: "Azərbaycanda hidrogen istehsalına 2035-ci ildən başlanacaq"
OSJD prezidenti: "Orta Dəhliz Asiya ilə Avropa arasında yükdaşımaların sürətləndirilməsi üçün strateji əhəmiyyət daşıyır" - EKSKLÜZİV
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
Qalibaf: Livanın ərazi bütövlüyü təmin olunana qədər mübarizə aparacağıq
-
ÜST Ebola virusu riski altında olan ölkələri açıqlayıb
-
Qazaxıstan və Avropa tərəfdaşları süni intellekt, elm və kosmik texnologiyalarının inkişafını razılaşdırıblar
-
İnternet informasiya ehtiyatının fəaliyyətinin müvəqqəti məhdudlaşdırılacağı yeni hallar müəyyənləşir
