Anar Quliyev: "Bakıda baş tutacaq Ümumdünya Şəhərsalma Forumu qlobal dialoq üçün platformalardan biri olacaq"
sizinxeber.az xəbər saytı

Anar Quliyev: "Bakıda baş tutacaq Ümumdünya Şəhərsalma Forumu qlobal dialoq üçün platformalardan biri olacaq"


2026-cı ildə Bakıda baş tutacaq Ümumdünya Şəhərsalma Forumu iqlim, urbanizasiya və dayanıqlı inkişaf mövzularında qlobal dialoq üçün əsas platformalardan biri olacaq.

"Report" xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev "Facebook" sosial şəbəkəsindəki hesabında bildirib.

"Bu gün Nayrobidə keçirilən BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) Assamblesyasının sessiyası çərçivəsində təşkil olunan “Şəhər İqlimi və Ətraf Mühit üzrə Brifinq – 2025-ci il və sonrakı illər üçün yeni mərhələlər və imkanlar” mövzusunda tədbirdə iştirak edib. Tədbir COP29-un nəticələri üzərində düşünmək və COP30-a gedən yolun müzakirəsi üçün mühüm platforma rolunu oynayıb. Qeyd olunub ki, Bakının COP29-a ev sahibliyi etməsi şəhərlərin qlobal iqlim gündəmindəki rolunun gücləndirilməsi baxımından vacib addım olub", - A. Quliyev qeyd edib.

O əlavə edib ki, Bakı Davamlılıq Koalisiyasının fəaliyyəti göstərir ki, yerli təşəbbüslər iqlim dəyişikliyi, mənzil çatışmazlığı və sosial bərabərsizlik kimi qlobal çağırışlara cavab verməkdə böyük potensiala malikdir.

Oxşar xəbərlər

Azərbaycanda keçiriləcək Dünya Şəhərsalma Forumuna hazırlıq işlərinə başlanılıb
2026-cı ildə Azərbaycanda Ümumdünya Şəhər Forumu və Ümumdünya Ətraf Mühit Günü keçiriləcək
Bakıda keçiriləcək Dünya Şəhərsalma Forumunun tarixləri dəqiqləşib
COP29-da Dayanıqlı Şəhərlər üçün Multisektor Fəaliyyət Yolu təsis olunacaq
BMT nümayəndəsi: Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumu Azərbaycan üçün əhəmiyyətli olacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər