COP29-da Dayanıqlı Şəhərlər üçün Multisektor Fəaliyyət Yolu təsis olunacaq
Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) Azərbaycanın irəli sürəcəyi Dayanıqlı və Sağlam Şəhərlər üçün Multisektor Fəaliyyət Yolu ("MAP” təşəbbüsü) təsis olunacaq.
“Report” xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev "X" sosial şəbəkəsindəki hesabında bildirib.
"Qahirədə davam edən 12-ci Ümumdünya Şəhərsalma Forumu (WUF12) çərçivəsində nazirlər iclasında xarici həmkarlarla Yeni Şəhər Gündəliyi və Davamlı İnkişaf Məqsədlərinə olan sadiqliyimizi bir daha vurğuladıq. Bakı Davamlılıq Koalisiyası xüsusi əhəmiyyət kəsb edir, bu da “COP” və “WUF” arasında sinerjini təmin edəcək”, - A. Quliyev qeyd edib.
Xatırladaq ki, COP29 noyabrın 11-dən 22-dək Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar ötən il dekabrın 11-də Dubayda keçirilən COP28 plenar iclasında qəbul edilib.
Tədbirin keçiriləcəyi məkan olaraq Bakı Stadionu seçilib. COP29 konfransı beynəlxalq iqlim siyasətinin formalaşmasında əsas platforma olaraq, dünya miqyasında iqlim dəyişmələrinə qarşı mübarizə məsələlərinin müzakirə mərkəzi olacaq.
COP BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq məqsədilə 1992-ci ilin iyununda Rio-de-Janeyro şəhərində keçirilmiş Yer Sammitində imzalanmış sazişdir. Konvensiyaya 198 ölkə üzv olub. Əgər tərəflərin fərqli qərarı olmazsa, COP hər il keçirilir. COP-un ilk tədbiri 1995-ci ilin martında Berlində baş tutub, katibliyi Bonn şəhərində yerləşir.
Oxşar xəbərlər
Bakıda urbanizasiya və su təhlükəsizliyinə həsr olunmuş sessiya keçirilib
COP29-un baş danışıqçısı Qırğızıstanın nümayəndə heyəti ilə iqlim dəyişikliyinin təsirlərini müzakirə edib
BMT-də COP29 prezidentliyinin ev sahibliyi ilə "Dayanıqlı və Sağlam Şəhərlər üçün Multisektoral Fəaliyyət Yolları” təşəbbüsü müzakirə olunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Uruqvay - Kabo Verde oyununda hesab yenidən bərabərləşib - YENİLƏNİR-6
-
Məhəmməd Salah Misir yığmasının yeni rekordçusu olub
-
Darren Beyzli: "Misirlə matçın ilk hissəsində yaxşı oynadıq"
-
Filippində məktəbdə atışma olub, üç nəfər ölüb, beş nəfər yaralanıb
-
Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
-
Yasamal və Nizami rayonlarının bəzi ərazilərində işıq olmayacaq
