Samir Abdullayev: “Elektrobusların xətlərə buraxılması atmosferə atılan zəhərli qazları azaldacaq”
sizinxeber.az xəbər saytı

Samir Abdullayev: “Elektrobusların xətlərə buraxılması atmosferə atılan zəhərli qazları azaldacaq”


Azərbaycanda elektrikli avtobuslarının xətlərə buraxılması atmosferə atılan zəhərli qazların azalmasına səbəb olur.

"Report" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yanında İctimai Şuranın sədri Samir Abdullayev “Yaşıl nəqliyyat biznesi: imkanlar və perspektivlər” mövzusunda ictimai müzakirədə deyib.

Onun sözlərinə görə, ənənəvi nəqliyyat vasitələri öz yerini tədricən elektromobillərə və elektrik avtobuslarına verir: “Bu keçid gələcəkdə şəhər nəqliyyatının əsasını təşkil edəcək. Elektrik nəqliyyatına keçidin çətinlikləri də var. Azərbaycanda “yaşıl nəqliyyat”a keçid mövcud çətinliklərə baxmayaraq vacibdir”.

O bildirib ki, elektrik avtobuslar dizellə işləyənlərə nisbətən daha bahalıdır: “Bu sahədə qoyulan investisiyalar da daha böyükdür. Bundan əlavə, bu nəqliyyat vasitələri üçün geniş enerji doldurma məntəqələrinin yaradılması tələb olunur ki, bu da əlavə vəsait və infrastruktur deməkdir”.

S. Abdullayev qeyd edib ki, Azərbaycanda artıq bu istiqamətdə mühüm addımlar atılır: “Elektrik avtobusları istismara verilib, mikromobillik həllərinin tətbiqi genişlənir. Yol hərəkəti ilə bağlı qanunvericiliyə dəyişikliklər edilir, yeni anlayışlar və nişanlanma sistemləri tətbiq olunur”.

O əlavə edib ki, bütün bu işlər Bakı şəhəri kimi böyük demoqrafik yüklü və nəqliyyat sıxlığı olan şəhərlər üçün yaşıl enerji hədəflərinə çatmaq baxımından vacibdir.

Oxşar xəbərlər

İctimai Şura sədri: “Azərbaycanda ticarət şəbəkələrində 50 mindən artıq şəxs çalışır”
Azərbaycanda kiçik elektrik nəqliyyat vasitələrinin ərazi üzrə say hədləri təsdiqlənib
KOBİA "ACWA Power Azerbaijan Renewable Energy" ilə Anlaşma Memorandumu imzalayıb
Samirə Musayeva: "Yaşıl iqtisadiyyat"a keçid yalnız aqressiv vergiqoyma siyasəti ilə olmur"
Niderland rəsmisi: "Nəqliyyat dəhlizlərində emissiyaları azaltmaq üçün səylər birləşdirilməlidir"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər