İctimai Şura sədri: “Azərbaycanda ticarət şəbəkələrində 50 mindən artıq şəxs çalışır”
sizinxeber.az xəbər saytı

İctimai Şura sədri: “Azərbaycanda ticarət şəbəkələrində 50 mindən artıq şəxs çalışır”


Hazırda Azərbaycanda ticarət şəbəkələrində 50 mindən artıq şəxs çalışır.

"Sizinxeber.az”un məlumatına görə, bunu İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) yanında İctimai Şuranın sədri Samir Abdullayev “Ticarət şəbəkələrinin bazar iqtisadiyyatında rolu: imkanlar və perspektivlər” mövzusunda keçirilən ictimai müzakirələr zamanı bildirilib.

Onun sözlərinə görə, ticarət şəbəkələri ölkədə əhalinin məşğulluğunun təmin olunmasında əhəmiyyətli rol oynayır: “Lakin sektorda əsas problemlərdən biri ixtisaslı kadr çatışmazlığıdır. Bu problemin aradan qaldırılması məqsədilə ticarət şəbəkələrinin nəzdində təlim və hazırlıq mərkəzlərinin yaradılması zəruri hesab olunur".

O əlavə edib ki, ticarət şəbəkələri ərzaq məhsullarının təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır: “Bu, məhsulların düzgün saxlanması və satışı proseslərini əhatə edir".

Xatırladaq ki, tədbir KOBİA və Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin təşkilatçılığı ilə keçirilir.

Oxşar xəbərlər

Qətərə Azərbaycan Ticarət Evi vasitəsilə 400 tondan çox meyvə-tərəvəz idxal edilib
KOBİA: 550 sahibkarın məhsul və xidmətlərinin satışına dəstək göstərilib
Orxan Məmmədov: "Səudiyyə Ərəbistanında açılacaq Ticarət Evi məhsullarımıza marağı təşviq edəcək"
Azərbaycanda bonus kartları ilə ödəmələrin vergi tənzimləməsi müzakirə olunub
“Vosmoy” bazarı bağlanır? - RƏSMİ AÇIQLAMA

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər