Sizinxeber.az » İqtisadiyyat » İnfrastruktur » AZCON-un Marketinq və ictimaiyyətlə əlaqələr departamentinə rəhbər təyin edilib

AZCON-un Marketinq və ictimaiyyətlə əlaqələr departamentinə rəhbər təyin edilib

Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqində (AZCON) baş kommunikasiya inzibatçısı – Marketinq və ictimaiyyətlə əlaqələr departamentinə direktor təyin edilib.

"Sizinxeber.az-Economics" xəbər verir ki, bu vəzifə Əlibaba Oktay oğlu Əliyevə həvalə olunub.

Ə.Əliyev 1980-ci ildə anadan olub. Bakı Dövlət Universitetində Beynəlxalq hüquq üzrə bakalavr və Birləşmiş Krallığın Kent Universitetində Beynəlxalq əlaqələr üzrə magistratura, daha sonra Belçikanın Vlerik Biznes Məktəbində Biznesin idarə edilməsi (MBA) üzrə magistratura təhsili alıb. O, həmçinin Birləşmiş Krallığın İctimaiyyətlə Əlaqələr üzrə İxtisaslaşdırılmış İnstitutunun (Chartered İnstitute of Public Relations, CIPR) məzunudur.

Ə.Əliyev əmək fəaliyyətinə BP-nin Azərbaycan-Gürcüstan-Türkiyə regional ofisində başlayıb. 2003-2017-ci illərdə şirkətin Əlaqələr və xarici işlər departamentində müxtəlif rəhbər vəzifələrdə çalışıb. 2019-2024-cü illərdə isə Norveçin “Equinor” (əvvəl Statoil) şirkətinin Azərbaycandakı Nümayəndəliyində Kommunikasiya və dövlət qurumları ilə əlaqələr departamentinin rəhbəri olub və eyni zamanda şirkətin beynəlxalq layihələrinə töhfə verib.

Ə.Əliyev ADA Universitetində İxtisasartırma Proqramı çərçivəsində liderlik səriştələrinin artırılması üzrə seminarlar keçir.

DİGƏR XƏBƏRLƏR

Комментарии

ƏN ÇOX OXUNAN / ŞƏRH EDİLDİ
  1. ABŞ əsas danışıqlardan əvvəl İrana hərbi təzyiqi artırır
  2. Daha ucuz, daha sürətli, daha güclü: Süni intellekt yarışına yenisi qoşuldu
  3. "TikTok"da vətəndaşlara tələ qurulub: Yeni dələduzluq sxemi ifşa olundu - VİDEO
  4. Belqradda Prezident İlham Əliyevin Serbiya Prezidenti Aleksandar Vuçiçlə təkbətək görüşü keçirilib
  5. Belqradda Azərbaycan və Serbiya arasında Strateji Tərəfdaşlıq Şurasının 1-ci iclası keçirilir
  6. İlham Əliyev Münhen konfransı çərçivəsində panel iclasda iştirak edir - CANLI YAYIM
  7. Prezident: Azərbaycan birtərəfli qaydada Ermənistana malların tranziti üzərindəki məhdudiyyətləri aradan qaldırıb
  8. İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
  9. İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"
  10. Prezident İlham Əliyev Münhendə "France 24" telekanalına müsahibə verib
sss
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
SÖZÜM VAR !