Aysel Soltanova AZCON-un icraçı direktorunun müşaviri təyin edilib
sizinxeber.az xəbər saytı

Aysel Soltanova AZCON-un icraçı direktorunun müşaviri təyin edilib


Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) icraçı direktoruna müşavir təyin edilib.

"Sizinxeber.az-Economics"in sorğusuna cavab olaraq AZCON-dan bildirilib ki, bu vəzifə Aysel Vaqif qızı Soltanovaya həvalə edilib.

Qeyd edək ki, A.Soltanova 1986-cı ildə anadan olub. Azərbaycan Dillər Universitetində Amerikaşünaslıq üzrə bakalavr, Mərkəzi Avropa Universitetində İctimai siyasət üzrə magistratura təhsili alıb. Hazırda təhsilini İngiltərənin York Universitetində Biznes administrasiyası (MBA) ixtisası üzrə davam etdirir.

O, əmək fəaliyyətinə “BP” şirkətində başlayıb, daha sonra Beynəlxalq Əmək Təşkilatında fəaliyyət göstərib. 2011-2023-cü illərdə “Procter & Gamble”, “Azərkosmos” və “Aztelekom” kimi şirkətlərdə müxtəlif rəhbər vəzifələrdə çalışıb. 2023-cü ilin yanvarından son təyinata qədər “Azərbaycan Dəmir Yolları” QSC sədrinin müşaviri olub.

Oxşar xəbərlər

AZCON-da daha 2 departamentə direktor təyin edilib
AZCON-un Kommunikasiya şöbəsinə rəhbər təyin edilib
"Bakı Metropoliteni" sədrinə müşavir təyin edilib
Üç kollecə direktor təyin edilib
Rəqəmsal inkişaf və nəqliyyat nazirinə yeni müşavir təyin edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle