Belarusun Baş naziri Ağdamda aqroholdinqin tikintisi ilə tanış olub
sizinxeber.az xəbər saytı

Belarusun Baş naziri Ağdamda aqroholdinqin tikintisi ilə tanış olub


Belarusun Baş naziri Aleksandr Turçin Ağdam rayonunun Qızıl Kəngərli kəndinə səfəri çərçivəsində burada inşa olunan aqroşəhərciklə tanış olub.

“Sizinxeber.az”un Ağdama ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, layihə Belarus hökuməti tərəfindən həyata keçirilir və iri aqroholdinqin yaradılmasını, heyvandarlıq, quşçuluq və tərəvəzçiliyin inkişafını nəzərdə tutur.

Müəssisənin 2027-ci ildə istismara verilməsi planlaşdırılır. Layihə çərçivəsində Ağdam rayonunda 420 ailə üçün yaşayış məntəqəsi də inşa ediləcək.

Qarabağ iqtisadi rayonunda aqroşəhərciyin tikilməsi təşəbbüsü Belarus Prezidenti Aleksandr Lukaşenkonun 2024-cü ildə Azərbaycana etdiyi dövlət səfəri zamanı irəli sürülüb.

Oxşar xəbərlər

Səfir: Ağdamda inşa etdiyimiz aqroşəhərcik 2027-ci ildə fəaliyyətə başlayacaq
Belarusun Baş naziri Ağdamın Sarıcalı kəndində bərpa işlərinin gedişi ilə tanış olub
Belarusun Baş naziri Azərbaycana rəsmi səfərə gəlib - YENİLƏNİB
Belarusun Baş naziri Ağdama gəlib - YENİLƏNİB
Belarusun Baş naziri Azərbaycana səfərə yollanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle