Azərbaycanda PUA-ların istismarçı sertifikatı yalnız hüquqi şəxslərə veriləcək
sizinxeber.az xəbər saytı

Azərbaycanda PUA-ların istismarçı sertifikatı yalnız hüquqi şəxslərə veriləcək


Azərbaycanda pilotsuz uçan aparatların sistemlərinin (PUAS) istismarçı sertifikatı yalnız hüquqi şəxslərə veriləcək.

"Sizinxeber.az" xəbər verir ki, bu, Nazirlər Kabinetinin təsdiqlədiyi “Mülki hava gəmilərinə sertifikatların verilməsi, növ dizaynında dəyişiklik və ya onların təmiri, onların uçuşa yararlılıq və ətraf mühitin mühafizəsi üzrə tələblərin müəyyən olunması Qaydaları”nda öz əksini tapıb.

Qərara əsasən, hər bir hüquqi şəxsin eyni vaxtda yalnız bir istismarçı sertifikatı ola bilər.

Bundan başqa, istismarçı sertifikatının alınması üçün istismarçı aşağıdakı məlumatları və sənədləri şəxsən və ya poçt rabitəsi vasitəsilə, yaxud elektron üsulla Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Dövlət Mülki Aviasiya Agentliyinə təqdim etməlidir:

- istismarçının adı, ünvanı, qeydiyyat haqqında dövlət reyestrindən çıxarışın surəti, elektron ünvanı və əlaqə nömrəsi;

- istismarçının mərkəzlə əlaqə yaratdığını təsdiq edən arayış;

- istismarçının PUAS əməliyyatlarının həyata keçirilməsi ilə bağlı fəaliyyətini, habelə bu Qaydalara uyğunluğunu təmin etmək üçün yerinə yetirdiyi müvafiq prosedurları özündə ehtiva edən istismarçının təlimatı;

- istismarçının sahib olduğu PUA-ların qeydiyyat sertifikatlarının surəti;

- istismarçının aidiyyəti şəxsi heyətinin siyahısı;

- “Dövlət rüsumu haqqında” qanun ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumunun və “Aviasiya haqqında” qanununa uyğun olaraq müəyyən edilmiş məbləğdə xidmət haqqının ödənilməsini təsdiq edən sənədlər.

Oxşar xəbərlər

Mülki hava gəmilərinə sertifikatların verilməsi qaydaları təsdiqlənib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Hava gəmilərinin və onların komponentlərinin uçuşa yararlılığının saxlanılması qaydası təsdiqlənib [xfgiven_updateblue][/xfgiven_updateblue]
PUA-ların istismarı, qeydiyyata alınması və kateqoriyalara bölünməsi qaydaları təsdiqlənib [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Aviasiya haqqında” qanunun pozulmasına görə məsuliyyəti müəyyən edən qanun layihəsi hazırlanacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda mülki hava limanlarını sertifikatlaşdıracaq qurum müəyyənləşib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər