PUA-ların istismarı, qeydiyyata alınması və kateqoriyalara bölünməsi qaydaları təsdiqlənib
Nazirlər Kabineti “Mülki pilotsuz uçuş aparatlarının istismarı, qeydiyyata alınması və kateqoriyalara bölünməsi Qaydaları”nı təsdiqləyib.
"Sizinxeber.az" xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, PUA-ların qeydiyyatını, eləcə də əməliyyat icazəsinin, PUA sistemlərinin istismarçısı sertifikatının və pilot (operator) şəhadətnaməsinin verilməsini Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Dövlət Mülki Aviasiya Agentliyi həyata keçirəcək.
Həmçinin PUAS-ın istismarı ilə bağlı fəaliyyət elektron portal vasitəsilə həyata keçiriləcək.
Bu qaydaların müddəaları aşağıdakı PUA-lara şamil edilmir:
- maksimal qalxma kütləsi 0,25 kq-dən az olan və fərdi məlumatları toplamaq imkanına malik olan cihazlarla təchiz olunmamış, habelə uşaqların istifadəsi üçün nəzərdə tutulmuş oyuncaq PUA-lar;
- uçuş zamanı pilot (operator) tərəfindən idarə edilməsi mümkün olmayan tam avtonom PUA-lar.
Oxşar xəbərlər
Mülki hava gəmilərinə sertifikatların verilməsi qaydaları təsdiqlənib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda aviasiya personalına sənədlərin verilməsi qaydaları təsdiqlənib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda mülki hava limanlarını sertifikatlaşdıracaq qurum müəyyənləşib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Hava gəmilərinin dövlət qeydiyyatı və uçotunun aparılma qaydası təsdiqlənib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Nazirlər Kabineti aviasiya ilə bağlı iki qaydanı təsdiqləyib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












