Katz: İsrail ordusu İrana qarşı əməliyyatı bərpa etməyə hazırdır
İsrailin müdafiə naziri İsrael Katz bəyan edib ki, ölkə ordusu İrana qarşı hərbi əməliyyatların yenidən başlanmasına tam hazır vəziyyətdədir.
Sizinxeber.az xəbər verir ki, Kats bu barədə İsrail Hərbi Hava Qüvvələrinin hərbi pilotlarının buraxılış mərasimində çıxışı zamanı bildirib.
"İsrail Ordusu yüksək döyüş hazırlığı vəziyyətindədir və əməliyyatı bərpa etməyə hazırdır. Əgər İrana qarşı kampaniyanı yenidən başlatmalı olsaq, bunu əvvəlkindən daha böyük güclə edəcəyik və bütün təhdidləri aradan qaldıracağıq", – deyə müdafiə naziri vurğulayıb.
Katz əlavə edib ki, İsrailə təhdid yaratmağa və zərər vurmağa çalışan şəxslər harada olurlarsa olsunlar, o cümlədən Tehranda, İsrailin "uzun əli" onlara çatacaq.
Oxşar xəbərlər
İsrail müdafiə naziri: Əgər təhdid olarsa, İranı yenidən vuracağıq
İsrailin müdafiə naziri: ABŞ razılıq versə, İranla müharibə yenidən başlaya bilər
İsrail Ordusu: İrana qarşı əməliyyat bir neçə gün davam edəcək
İsrail ordusu İrana qarşı yeni plan hazırlayır
İsrailin müdafiə naziri: Bu həftə İrana zərbələrin intensivliyi əhəmiyyətli dərəcədə artacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
KİV: İran ABŞ-nin hərbi obyektlərini vurdu
-
“Zərbə endirəcəyik, qarşısını ala bilməyəcəklər” - Tramp
-
Şuşada "Etimadın bərpasında media diplomatiyası və media savadlılığının rolu" müzakirə edilib
-
"TuranBank" biznesin maliyyələşdirilməsi məqsədilə beynəlxalq fondlardan yerli valyutada vəsait cəlb edib
-
Bəndər-Abbasda dörd partlayış baş verdi
-
Tramp: ABŞ tezliklə İranın Natanzdakı nüvə obyektini bombalaya bilər
