Azərbaycanda mülki hava limanlarını sertifikatlaşdıracaq qurum müəyyənləşib
Nazirlər Kabineti “Mülki hava limanları və (və ya) aerodromların istismara yararlılıq, aeronaviqasiya təchizatı və təminatı, təhlükəsizlik tələblərinin təminatı baxımından sertifikatlaşdırılması, hava limanlarına və (və ya) aerodromlara uyğunluq sertifikatının alınması, onların dövlət qeydiyyatına alınması Qaydaları”nı təsdiq edib.
"Report" xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, Qaydalarla tənzimlənməyən məsələlər Qanuna, “Beynəlxalq Mülki Aviasiya haqqında” 7 dekabr 1944-cü il tarixli Konvensiyaya və Konvensiyaya 14 nömrəli Əlavəyə - “Aerodromlar” ilə müəyyən edilmiş Beynəlxalq Mülki Aviasiya Təşkilatının beynəlxalq standartlarına və tövsiyə olunan təcrübəsinə, o cümlədən “Doc 9774. Aerodromların sertifikatlaşdırılması üzrə Təlimat”a və “Doc 9981. Aerodromlarda aeronaviqasiya xidmətləri üzrə Prosedurlar”a uyğun həyata keçirilir.
Mülki hava limanları və (və ya) aerodromların sertifikatlaşdırılmasını, eləcə də Qaydaların tələblərinin yerinə yetirilməsinə nəzarəti Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Dövlət Mülki Aviasiya Agentliyi həyata keçirir.
Oxşar xəbərlər
Nazirlər Kabineti digər dövlətdə yerləşən aviasiya personalının hazırlığı ilə bağlı qərar verib [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Aviasiya haqqında” qanunun pozulmasına görə məsuliyyəti müəyyən edən qanun layihəsi hazırlanacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Nazirlər Kabineti uçuşların təhlükəsizliyinə nəzarətlə bağlı qərar verib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Nazirlər Kabineti aviasiya ilə bağlı iki qaydanı təsdiqləyib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda “Uçuş əməliyyatlarına hazırlıq Qaydası” təsdiq edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












